BolgeXeber.Com » Müsahibə-Reportaj » Həbsdə olan baş redaktorun anası BTV-yə danışdı-VİDEO

Həbsdə olan baş redaktorun anası BTV-yə danışdı-VİDEO

9-06-2015, 16:25
Oxunub: 4 639 Həbsdə olan baş redaktorun anası BTV-yə danışdı-VİDEOBaş redaktorun məhkəməsi iyunun 9-u Gəncə Ağır Cinayətlər Məhkəməsində keçiriləcək

Daim vətəndaşların şikayət və problemlərini işıqlandıran BTV-yə növbəti şikayət Masallı rayon sakini Zahirə Şirəliyeva tərəfindən daxil olub. BTV-yə üz tutan ana oğlu Cavid Şirəliyevin qanunsuz olaraq həbs edildiyini iddia edir. Zahirə xanım bildirir ki , oğlu “7 gün” informasiya agentliyinin təsisçisi və baş redaktoru olub. O , 2014-cü ildə peşə fəaliyyətinə görə heç bir əsas olmadan ,qanunsuz olaraq həbs edilib.
Həbsdə olan baş redaktor bir müddət öncə mətbu orqan vasitəsilə müraciət ünvanlayıb .O,müraciətində ona qarşı irəli sürülən ittihamların əsassız, sübutsuz və qanunsuz olduğunu bildirib.
Qeyd edək ki, Cavid Şirəliyev konsitutsuyanın 182.2.1 –ci - hədə-qorxu ilə tələb etmə maddəsi ilə saxlanılıb. Baş redaktorun məhkəməsi iyunun 9-u Gəncə Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.