loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

3 icra başçısı həbs ediləcək

3 icra başçısı həbs ediləcəkAvropa Oyunlarından sonra 3 icra başçısının – Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İskəndərovun, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov və Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev həbs ediləcək

Bu barədə istiqlal.az-a hakimiyyətə yaxın mənbələrdən məlumat daxil olub.
Mənbə bildirir ki, X.İskəndərovla bağlı məsələ bəllidir: “Binəqədidə məlum yanğın hadisəsi ilə bağlı aparılan istintaq artiq onun günahını təsdiqləyib. Həbs edilən müavini və başqa şəxslərin ifadələri onun həbsi üçün ciddi əsaslar yaradıb. Başqa bir müavini İlqar Süleymanovun ölkədən qaçmağa cəhd etməsi və hava limanında yaxalanaraq geri qaytarılması da göstərir ki, başçının vəziyyəti arzuolunmazdır”.
Mənbənin sözlərinə görə, oxşar yanğın hadisəsi baş verən Xətai rayonun İcra Hakimiyyətinin başçısı Razim Məmmədovu da eyni aqibət gözləyir: “R.Məmmədovun adının gündəmdə olmaması Xətaidəki yanğında insan təlafatının qeyd alınmaması ilə bağlıdır. Ancaq bu məsuliyyətdən yayınmağa əsas vermir”.
Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin gözlənilən həbsinə toxunan mənbə deyir ki, icra başçılarının həbsi təkcə yanan binalarla bağlı yox, həm də Avropa oyunlarından sonra başlanacaq anti-korrupsiya əməliyyatları ilə bağlıdır. Hər 3 başçı kifayət qədər korrupsiyalaşıb. Neftçala şikayətlərin ən çox daxil olduğu rayondur. Yuxarı dairələrdə Neftçala potensial “İsmayıllı” kimi dəyərləndirilir.
Bolgexeber.com
Bölmə: Xəbərlər | 11 iyun 2015 13:29 | Baxış sayı: 15241





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: