BolgeXeber.Com » Siyasət » Prezident İsveçrəyə gedib

Prezident İsveçrəyə gedib

25-01-2012, 11:40
Oxunub: 4 158 Prezident İlham Əliyev İsveçrəyə işgüzar səfərə yola düşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos şəhərində keçirilən ənənəvi illik Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 25-də İsveçrəyə işgüzar səfərə yola düşüb.

Dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.