Bərdədə voleybol turniri keçirilib-FOTO
13-06-2015, 13:50
Oxunub: 4 953
Könüllülərdən ibarət "Yenilməzlər", "Aslanlar" və "Gənclik" komandaları arasında gərgin mübarizə şəraitində keçən yarışda daha güclü oyun nümayiş etdirən "Yenilməzlər" komandası hər iki görüşdə qalib gələrək I yeri tutmuşdur
İyunun 12-də Z. Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin idman zalında Bərdə rayon Gənclər və İdman İdarəsinin və "ASAN" xidmət mərkəzinin birgə təşkilatçılığı ilə mərkəzin könüllülərindən ibarət komandalar arasında I Avropa Oyunlarına həsr olunmuş voleybol turniri keçirilib.
Turniri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov açaraq I Avropa Oyunlarının başlanması münasibətilə könüllüləri təbrik etdi. Sonra o, I Avropa Oyunlarının məqsəd və məramı barədə geniş və ətraflı məlumat verərək qeyd etdi ki, bu oyunların ilk dəfə olaraq məhz ölkəmizdə keçirilməsi onu bir daha sübut edir ki, Azərbaycan artıq beynəlxalq idman tədbirlərinin yüksək səviyyədə təşkilində özünü təsbit etmişdir. Bu isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının idmana göstərdiyi diqqət və qayğının təzahürüdür.
Bərdə rayon "ASAN" xidmət mərkəzinin vətəndaşların qəbulu işinin təşkili sektorunun aparıcı-məsləhətçisi, könüllülər üzrə məsul şəxs Saray Mayılzadə çıxış edərək komandalara yarışda uğurlar arzuladı.
Könüllülərdən ibarət "Yenilməzlər", "Aslanlar" və "Gənclik" komandaları arasında gərgin mübarizə şəraitində keçən yarışda daha güclü oyun nümayiş etdirən "Yenilməzlər" komandası hər iki görüşdə qalib gələrək I yeri tutmuşdur. Qalib komanda (kapitan Azər Məmmədov) və üzvləri təşkilatçılar tərəfindən kubok və diplomlarla mükafatlandırılmışlar.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər