BolgeXeber.Com » Xəbərlər » Ağsunun icra başçısının evi yandı

Ağsunun icra başçısının evi yandı

12-06-2015, 20:05
Oxunub: 3 587 Ağsunun icra başçısının evi yandıBaşçının Ağsu rayonunun Pirhəsənli kəndində olan evində yanğın hadisəsi baş verib

Kənd sakinlərinin musavat.com-a verdiyi məlumata görə, yanğın uzun müddət davam edib. Yanğına elektrik xəttində olan qısaqapanmanı səbəb olduğu ehtimal edilir. Hadisə yerinə gələn yanğınsöndürənlər isə icra başçısı tərəfindən həyətə buraxılmayıb. Yanğını icra başçısının yaxın qohumları söndürüblər.

Nəticədə ikimərtəbəli evin bir hissəsi, çardaq isə bütünlüklə yanıb. Yanğın nəticəsində xəsarət alanların olmadığı bildirilir.
BOLGEXEBER.COM