BolgeXeber.Com » Xəbərlər » Sabah buraxılış imtahanı keçiriləcək

Sabah buraxılış imtahanı keçiriləcək

15-06-2015, 11:02
Oxunub: 3 418 Sabah buraxılış imtahanı keçiriləcəkIX sinif şagirdləri üçün imtahan saat 10:00 -da, XI sinif şagirdləri üçün isə saat 15:00 -da başlanır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 16-da Respublikanın bir sıra rayon və şəhərlərində, o cümlədən Xocavənd, İmişli, Füzuli, Beyləqan, Şirvan, Hacıqabul, Sabirabad, Biləsuvar, Neftçala, Salyan, Saatlı, Lənkəran, Astara, Lerik, Yardamlı, Cəlilabad və Masallıda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək

TQDK mətbuat mərkəzindən verilən məlumata görə, imtahanda iştirak edəcək şagirdlərə “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

IX sinif şagirdləri üçün imtahan saat 10:00 -da, XI sinif şagirdləri üçün isə saat 15:00 -da başlanır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
“İmtahana buraxılış vərəqəsi”;
şəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan vətəndaşlar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər şəxsi pasportları və ya Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

16 yaşı 2015-ci il mayın 1-dək tamam olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
IX siniflərin buraxılış imtahanı haqqında məlumat
IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 66 imtahan mərkəzi ayrılıb.

Həmin gün 21 171 nəfər (Xocavənddə 74, İmişlidə 1239, Füzulidə 715, Beyləqanda 1096, Şirvanda 971, Hacıqabulda 715, Sabirabadda 2141, Biləsuvarda 1330, Neftçalada 854, Salyanda 1505, Saatlıda 1008, Lənkəranda 2121, Astarada 1226, Lerikdə 715, Yardamlıda 824, Cəlilabadda 2 420, Masallıda 2 217) 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

XI siniflərin buraxılış imtahanı haqqında məlumat
XI siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün 66 imtahan mərkəzi ayrılıb.

Həmin gün 18 113 (Xocavənddə 46, İmişlidə 1256, Füzulidə 711, Beyləqanda 938, Şirvanda 751, Hacıqabulda 695, Sabirabadda 2054, Biləsuvarda 1168, Neftçalada 688, Salyanda 1149, Saatlıda 760, Lənkəranda 1966, Astarada 997, Lerikdə 542, Yardamlıda 830, Cəlilabadda 1 858, Masallıda 1 704) nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına ümumilikdə 219 imtahan rəhbəri, 1 798 nəzarətçi-müəllim ayrılıb.