BolgeXeber.Com » Xəbərlər » Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla bağlı yazılanların heç bir əsası yoxdur

Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla bağlı yazılanların heç bir əsası yoxdur

15-06-2015, 15:49
Oxunub: 3 652 Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla bağlı yazılanların heç bir əsası yoxdurAbşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla bağlı yazılanlar şantaj imiş

Çiçəklənən və gündən-günə inkişaf etməkdə olan ölkəmizin bəzi rayonları var ki, həmin rayonlarda əhalinin güzaranı, abadlığın yüksək səviyyədə təşkil olunması xüsusi diqqət çəkir. Belə rayonlardan biri də Abşeron rayonudur.

Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov haqqında müxtəlif mətbu orqanlarda yazılanların hansı əsasa uyğun olub olmadığını Abşeron rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin xalqxeber.az-a verdiyi açıqlamada daha ətraflı nəzərinizə çatdırırıq.

Abşeron rayon İcra Hakimiyyətinin Mətbuat xidmətinin verdiyi məlumatda deyilir:

Son günlər bəzi Kütləvi İnformasiya Vasitələrində, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və onun yaxın qohumları haqqında böhtan xarakterli yazılar dərc olunur, Saray bələdiyyəsinin sədri Vəsilə Həsənova və onun həyat yoldaşı Vəfadar Həsənovun qətlə yetirilməsilə bağlı cinayət hadisəsində Abşeron rayon İcra Hakimiyyətinin başçısı və yaxın qohumlarının adları hallandırılır. Güya Zakir Fərəcov istintaqa çağrılıb. Abşeron rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin Gündəlik Bakı qəzetinə verdiyi açıqlamada bildirilir ki, Zakir Fərəcov heç bir istintaqa çağrılmayıb və yazılarda adı hallandırılan Nərgiz adlı bacısı yoxdur. Zakir Fərəcovun iki bacısı var və onlar Sumqayıt şəhərində məcburi köçkün kimi məskunlaşaraq orada yaşayırlar. Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov istintaqa çağrılmayıb, həmin cinayət işinin Zakir Fərəcova və onun yaxın qohumlarına heç bir aidiyyatı yoxdur. Saray Bələdiyyəsinin sədri Vəsilə Həsənova və həyat yoldaşı Vəfadar Həsənovu amansızlıqla qətlə yetirən Fədai Hüseynovla bağlı istintaq davam edir, o həbs olunub, barəsində həbsqətimkan tədbiri seçilib. Nəzərinizə çatdıraq ki, Bələdiyyə sədrini öldürən Fədai Hüseynov əvvəllər də üç dəfə məhkumluq həyatı yaşayıb. İstintaq araşdırmaları aparılır. Bu işdə kimlər günahkardılarsa layiqli cavablarını alacaqlar. Zakir Fərəcovun qohumlarına gəldikdə isə Abşeron rayon İcra Hakimiyyətinin başçısının iki bacısı var, böyük bacısı Nübar xanımın 70 yaşı, o biri bacısı Nigar xanımın isə 59 yaşı var. Onlar evdar xanımlardı və çoxlu sayda övladları, nəvələri vardır. Zakir Fərəcovun bacılarının heç vaxt sürücüləri olmayıb və sürücüyə də ehtiyacı olan adamlar deyillər. Zakir Fərəcovun bacısı oğlu Elgiz Fərəcova gəlincə isə Elgiz Fərəcov heç vaxt Abşeron rayon Memarlıq şöbəsində işləməyib və bu gün də işləmir. Yazılanlar şər və böhtandır və jurnalistə layiq olmayan hərəkətlərdir.
BOLGEXEBER.COM