Azərbaycan Avropa Oyunlarında 7-ci qızıl medalını qazandı-VİDEO
15-06-2015, 19:52
Oxunub: 4 669
Bu gün Bakı-2015 birinci Avropa Oyunlarında güləşçimiz Mariya Stadnik qızıl medal qazanıb
Avropa Oyunlarında qadınlar arasında güləş yarışlarında Azərbaycanı 48 kq çəki dərəcəsində təmsil edən Mariya Stadnik bu gün final mərhələsində bolqarıstanlı idmançı Elitsa Yankova ilə qarşılaşıb.
Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısı, dünya və dördqat Avropa çempionu M.Stadnik bu dəfə də üstün güləş nümayiş etdirərək bolqar rəqibini məğlub edə bilib.
E.Yankovaya elə 4-cü dəqiqədə vaxtından əvvəl - 12:1 hesabı ilə təmiz qalib gələn güləşçimiz Avropa Oyunlarının çempionu adını qazanıb.
48 kq
1/8 final - Mariya Stadnik - Lilian Santos (Portuqaliya) 12:2
1/4 final - Mariya Stadnik - Julie Sabatie (Fransa) 11:0
1/2 final - İvona Matkovska (İsveç) - Mariya Stadnik 2:8
FİNAL - Mariya Stadnik - Elitsa Yankova (Bolqarıstan) 12:1
Bu, Azərbaycanın Avropa Oyunlarında 7-cı qızıl medalıdır.
Qeyd edək ki, yarışların ilk iki günündə kişi güləşçilərimiz iki dəst, ümumilikdə 6 medal qazanıblar. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) isə bürünc medala sahib olublar.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə