BolgeXeber.Com » Xəbərlər » Cəlilabadda dəhşət: At qızı sürüdü, qardaşının ürəyi partladı

Cəlilabadda dəhşət: At qızı sürüdü, qardaşının ürəyi partladı

17-06-2015, 14:27
Oxunub: 4 017 Cəlilabadda dəhşət: At qızı sürüdü, qardaşının ürəyi partladıCəlilabad rayonun Alar kəndində gənc qız faciəvi şəkildə ölüb

Onun ölümü ilə bağlı mətbuada bir sıra fikirlər dərc olunub. Qızın atın quyruğuna bağlanılaraq öldürüldüyü iddia olunur

BOLGEXEBER.COM bildirir ki,azvision.az dəhşətli faciənin əsl təfərrüatlarını öyrənib. Araşdıma zamanı dəhşətli faktlar üzə çıxıb.

Əvvəl kəndin icra nümayəndəliyi ilə ələqa saxladıq. Bildirildi ki, 11 yaşlı Əhmədova Familə Teyub qızını at sürüyüb və bundan sonra o dünyasını dəyişib: “Hadisə beş gün öncə baş verib. Çoban örüşdə qoyun otarırmış. Familə də orada olub. Çoban birdən atdan düşüb və sürünü başqa yerə uzaqlaşdırmaq istəyib. Bu zaman o, atın əlində olan kəndirini Familəyə verib.

Familə isə həmin kəndiri qoluna dolayıb. Çoban qoyunların arxasınca gedib. Bu zaman ipi Familənin əlinə bağlı olan at hürküb və qaçmağa başlayıb. Familə isə ipi aça bilməyib. At onu xeyli vaxt sürüyüb. Onun bədəni tikə-tikə olub. Daha sonra atı tutub saxlayıblar. Və Familənin cansız bədənini ailəsinə təhvil veriblər”.

Hadisə ilə bağlı mərhum qızın ailəsi ilə əlaqə saxladıq.

Əmisi Mürsəl Əhmədov bütün kəndin yas içində olduğunu söyləyib: “Bu gün Familənin yas mərasimidir. Onun 11 yaşı var idi. Məktəbdə oxuyurdu. Bu dəhşətdi. Biz onun yoxluğuna dözə bilmirik. Heç kəs bu hadisə ilə maraqlanmır”.

Daha sonra o, daha bir dəhşətli faktı açıqlayıb: “Familənin faciəsinə dözə bilməyən qardaşı Nemətin də ürəyi partlayıb. Hazırda qardaş-bacının yas mərasimini keçiririk. Bu dəhşətdir. Nemət bacısının faciəsinə dözə bilmədi. Yas-yasa qarşıb”.
BOLGEXEBER.COM