BolgeXeber.Com » İdman » Taekvondoçumuz finalda (YENİLƏNİR)

Taekvondoçumuz finalda (YENİLƏNİR)

17-06-2015, 18:09
Oxunub: 3 317 Taekvondoçumuz finalda (YENİLƏNİR)Bu gün "Bakı-2015" I Avropa Oyunlarında taekvondoçuların yarışında daha iki çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə biri kişi, digəri qadın olmaqla daha iki taekvondoçumuz mübarizəyə qoşulub.

Kişilərin yarışında Ayxan Tağızadə, qadınlardan isə Günay Ağakişiyeva yarışıb. A.Tağızadə finala vəsiqə qazandığı halda, G.Ağakişiyeva mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, dünən qadınların yarışında 48 kq çəki dərəcəsində mübarizə aparan Patimat Abakarova (48 kq) bürünc medal qazanıb.



Kişilər

68 kq

Yığmamızın üzvü Ayxan Tağızadə yarışa ilkin mərhələdən başlayacaq. Təmsilçimiz ilk görüşündə sloveniyalı Yure Pantarla qarşılaşıb. Bu görüşdə rəqibini 11:3 hesabı ilə məğlub edən Tağızadə 1/4 finala yüksəlib. İdmançımızın bu mərhələdəki rəqibi müəyyənləşib. O, olimpiya çempionu, ikiqat dünya və ikiqat Avropa çempionu ispaniyalı Xoel Qonzales Bonilla ilə üz-üzə gəlib. Rəqibini 7:5 hesabı ilə məğlub edən təmsilçimiz yarımfinala yüksəlib. Tağızadə bu mərhələdə rusiyalı Aleksey Denisenko ilə qarşılaşıb. Bu görüşdə də 7:5 hesabı ilə qələbə qazanan idmançımız finala yüksəlib. O, həlledici görüşdə polşalı Karol Robakla qarşılaşacaq. Görüşün saat 22:30-da başlayacağı gözlənilir.



Qadınlar

57 kq

Qadınların yarışında ölkəmizi təmsil edəcək Günay Ağakişiyeva ilkin mərhələdə serbiyalı Draqana Qladoviçlə üz-üzə gəlib. Lakin idmançımız rəqibinə 4:8 hesabı ilə uduzub. Lakin Serbiya təmsilçisi növbəti mərhələdə məğlub olduğundan Ağakişiyeva təsəlliverici görüşlərə qatılmaq şansını itirib.