BolgeXeber.Com » Gündəm » Qarabağ əlili Ucar Su Kanal idarəsinin müdirindən şikayət edir-FOTOLAR

Qarabağ əlili Ucar Su Kanal idarəsinin müdirindən şikayət edir-FOTOLAR

18-06-2015, 12:09
Oxunub: 6 871 Qarabağ əlili Ucar Su Kanal idarəsinin müdirindən şikayət edir-FOTOLAR"80.000-dən çox əhalisi olan Ucar rayonunun sakinlərinin həyatını Hacıqabul Rayon İcra Hakimiyətinin başçısı Əhməd Muxtarovun qaynı Asif Şirinovun marağına qurban verilməsi faciədir"

Ucar rayon Həbibi küçəsi ev 9 sakini 2-ci qrup gənc Qarabağ əlili İbrahimov Aqil Vahid oğlu BOLGEXEBER.COM-a şikayət məktubu ünvanlayıb. BOLGEXEBER.COM olaarq həmin məktubu olduğu kimi diqqətinizə təqdim edirik:

"Mən Azərbaycanın ən gənc Qarabağ müharibəsi əliliyəm. 2008-ci il tarixdə erməni gülləsindən ölməyib, sağ qalsam da, Ucar rayon Su Kanal idarəsinin korrupsiyaya qurşanmış rəisi Asif Şirinov kimi saxtakarın qanunsuz əməlləri məni və ailəmi acından məhv edəcək. 1990-cı ildə Ucar rayonunda doğulmuşam. 2008-ci il tarixdə həqiqi-hərbi xidmətə çağrılmışam.Beyləqanda yerləşən 181-saylı hərbi hissədə hərbi xidmət keçmişıəm.Erməni silahlı qüvvələrini müşahidə edən zaman snayperdən açılan güllə sinəmi dəlib keçib kürəyimdən çıxmış, buna görə ağır yaralanıb 2-ci qrup əlil olmuşam.Qarabağ əlili olduğum üçün qanunda nəzərdə tutulmuş qaydada 2012-ci il tarixdə dövlət tərəfindən mənə də Lifan 320 markalı avtomobil hədiyyə edildi. Vergimi ödəyib sərnişin daşıyıb taksilik fəaliyyəti ilə məşğul oluub ailəmi bir təhər dolandırırdım. Ucar rayon Su Kanal idarəsi rayonun mərkəzi küçəsində təmir işi aparıb qurtarandan sonra qazılmış quyunun üstünü bağlamadığından və quyunun qarşısına qəza olmaması üçün nişan qoyulmadığından gecə vaxtı həmin quyuya düşdüyümdən avtomobilim tam yarasız vəziyyətə düşmüşdür. Buna görə Ucar rayon Su Kanal idarəsinin müdiri Asif Şirinova müraciət edib onların səhlənkarlığına görə avtomobilimə dəymiş zərəri aradan qaldırmaqda mənə köməklik etməsini xahiş etdim.O, isə bu mənim yox rayon icra başçısının işidir. Su Kanal idarəsi quyunu qazıb su borusunu təmir edib, quyunun üstünün örtülməsi isə rayon icra hakimiyyətinə aid məsələdir, get kompensasiyanı icra başçısı versin. İnsanlığa yaraşmayan tərzdə məni kobud qarşılayıb acılayıb yola saldı. Qarabağ əlili Ucar Su Kanal idarəsinin müdirindən şikayət edir-FOTOLARBildirirəm ki, Ucar rayonunda Su kanal idarəsinin fəaliyyətini iflic edən Asif Şirinov qohumu Hacıqabul Rayon İcra Hakimiyətinin başçısı Əhməd Muxtarova arxayın olub korrupsiya əməlləri ilə məşğul olur. Yaxın qohumu Hacıqabul Rayon İcra Hakimiyətinin başçısı Əhməd Muxtarovun himayəsi altında törətdiyi korrupsiya əməllərinə görə ona gözün üstə qaşın var deyən yoxdur.O da bu fürsətdən istifadə edib min bir hoqqalardan çıxır. Ucar rayon Su Kanal İdarəsinin müdiri Asif Şirinov sakinləri içməli suyla təmin etmək əvəzinə, onlara qurunt , çirkab suları verir ki, buda insanların sağlamlıqları üçün çox təhlükəlidir. Ucar rayonunun bir çox küçələrində insanlar susuzluqdan əziyyət çəkir.Camaat rayonda Kərbəla müsibəti yaşamaq məcburiyyətində qalıb. Səbəbi isə Asif Şirinovun səhlənkarlığı və pul qazanmaq həvəsidir.Rayonda içməli suyun verilməsində tez-tez uzun fasilələr yaranır ki, səbəbi borular yararsız olduğundan sıradan çıxmasıdır.Hansı ki, rayon ərazisində içməli su boruların yenilənməsi üçün ayrılmış vəsaiti arxalı müdir mənimsəmişdir. Gün ərzində içməli su adı altında verilən su əslində qrunt, çirkab sularıdır. Rayon sakinləri də bunu bildiklərindən və ağır xəstəliklərə düçar olmamaq üçün çörəkpullarını içməli su almağa sərf edirlər.Asif Şirinov Su Kanal idarəsinin həyətindəki böyük artezian quyusundan axan suyu maşınlarla camaata satdırıb külli miqdarda pul qazanır deyə öz kommersiya maraqlarıa görə insanların taleyi ilə oynayır.Bu ən ağır cinayətdir ki, hələdə qarşısı alınmır , tədbir görülmür. Rayonun bir çox küçələrində illərlə yığılıb qalan kanlilzasiya suları ərazidə antisanitariya vəziyyəti yaradıb.Həm kanalizasiyalarda yaranmış antisanitariyaya, həm də qrunt suyunun içməli su adı ilə verilməsi insanların həyat və sağlamlıqlarını ciddi təhlükə altında qoymuşdur. 80.000-dən çox əhalisi olan Ucar rayonunun sakinlərinin həyatını Asif Şirinovun marağına qurban verilməsi faciədir.Rayon ərazisində quraşdırılmış elektron onlayn ödəmə aparatlarında sakinlər içməli sudan istifadə etmək üçün ödəniş edirlər, ancaq Ucar Su Kanal idarəsinin müdiri Asif Şirinovun qurduğu kələyə görə sayğaclarda bu ödəmə göstərilmir, ödənilən pulları isə geri qaytarmaq olmur.Belə saxtakarlıqla Asif Şirinov külli miqdarda pullar mənimsəyir.Təssüf ki, müvafiq qurumlar belə şəxsin məsuliyyətsizliyinə, özbaşınalığına göz yumurlar.Məni erməni gülləsi yox, Asif Şirinovun qanunsuz əməlləri öldürəcək.Onun yarıtmazlığı nəticəsində avtomobilim yararsız vəziyətə düşmüş və taksi fəaliyyəti ilə məşğul ola bilmədiyimdən ailəm acından ölmək təhlükəsi ilə üz-üzə qalıb.Mətbuat vasitəsi ilə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə müraciət edirəm; Xahiş edirəm Ucar rayon su kanal idarəsinin müdiri Asif Şirinovun fəaliyyətini hərtərəfli yoxlatdırıb onun barəsində təsirli tədbirlər görəsiniz.Mən istərdim ki, müqəddəs Qarabağ torpaqlarımızın azadlığı uğrunda ölüm, korrupsioner Asif Şirinovun qanunsuz əməllərinin qurbanı olmayım".

Qarşı tərəfi də dinləməyə hazırıq...
BOLGEXEBER.COM
Qarabağ əlili Ucar Su Kanal idarəsinin müdirindən şikayət edir-FOTOLAR
Qarabağ əlili Ucar Su Kanal idarəsinin müdirindən şikayət edir-FOTOLAR