BolgeXeber.Com » Şou-Biznes » Erotik "kraliça" qocalmadığını deyir

Erotik "kraliça" qocalmadığını deyir

26-01-2012, 12:10
Oxunub: 4 943 Bir zamanlar o, dünyanın ən ehtiraslı, cazibədar və gözəl supermodellərindən və müğənnilərindən biri sayılırdı.


Onun şəkilləri milyonlarla yeniyetmə və gəncin otaqlarını, hətta Azərbaycanda çəkməçilərin iş yerlərini də bəzəyirdi.
O, yaşlansa da, qocalmadığını deyir.

Bolgexeber.com "Entertaiment"ə istinadən bildirir ki, ilk dəfə qurşaqdan yuxarı çılpaq fotosessiyaya qatılaraq şəkillər çəkdirəndə Samanta Foksun 16 yaşı vardı.
Həmin gündən artıq 30 il keçib və "əyyami-əvvəl"də "Sem" adıyla tanınan Samantanın indi 46 yaşı var.

Fəqət, Samanta illərə boyun əymək istəmir.
Samanta Taylandda istirahətdədir. O, "Twitter" mikrobloqinq servisindəki akkauntunda çimərlik fotolarını yerləşdirərək vücudunun qocalmadığını, gənc qızlara meydan oxumaq iqtidarında olduğunu nümayiş etdirib.

Sabiq meneceri Maya Strettonla 10 illik münasibətlərinə son qoymuş Samantanın dediyinə görə, məşhurluğa gedən yolu 1983-cü ildə başlanıb.

"Anam məni "The Sunday People's Face and Shape" müsabiqəsinə yollamışdı. 16 yaşım vardı və 20 min qız arasında 2-ci yeri tutaraq uğur qazandım. Sonra yarıçılpaq və çılpaq fotosessiyalara çəkilişlər başlandı, çox populyarlaşdım", - Foks deyir.
20 yaşında modellik karyerasına ara verən Samanta müğənniliyə başlayır, "Touch Me (I Want Your Body)" mahnısı ilə 17 ölkənin hit-paradlarına liderlik edir.

Son illərdə bir neçə realiti-şouya qatılmış Samantanın dediyinə görə, qadınlarla münasibətlərə üstünlük verir və məhz bu səbəbdən də sabiq meneceri Mira ilə "ailə həyatı" yaşayıblar.