BolgeXeber.Com » Ölkə » Hacı Məmmədov həbsdə Avropa Oyunlarını izləyir- "O, dədə-baba üsulu ilə özünü müalicə edir"
Hacı Məmmədov həbsdə Avropa Oyunlarını izləyir- "O, dədə-baba üsulu ilə özünü müalicə edir"
18-06-2015, 15:51
Oxunub: 3 296
“Hacı Məmmədov həbsdə olsa da Avropa Oyunlarını yaxından izləyir”.
Bunu AzVision.az-a açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov deyib.
O, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılan Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun səhhəti ilə bağlı deyilənlərə münasibət bildirərək onun həkim nəzarətində olduğunu qeyd edib.
“Biz Milli Təhlükəsizlik Nazirliyinin (MTN) müvəqqəti saxlanma yerində və istintaq təcridxanasında mütəmadi olaraq monitorinqlər keçiririk. Hər dəfə ora gedən zaman mən ömürlük cəzaya məhkum edilən Hacı Məmmədovun vəziyyəti ilə maraqlanıram. Onun səhhətini həmişə diqqətdə saxlayırıq. Hacı Məmmədovun şəkəri var. Həkim nəzarəti altındadır. O, dədə-baba üsulu ilə özünü müalicə edir”.
Daha sonra Hüquq müdafiəçisi qeyd edib ki, H. Məmmədovun kamerasında televizor var:
“Qanunvericiliyə uyğun olaraq ömürlük həbsə məhkum edilən məhkumla bəzi hüquqlar verilir. Həmin şəxslərin kameralarında televizorlar quraşdırılır. Onlara televizora baxmaq imkanı verilir. Hacı Məmmədov özü də televizora baxır. Hazırda ölkəmizdə Avropa Oyunları keçirilir. O, yarışlarda çıxış edən azərbaycanlı idmançıların uğurlarını izləyir. Hətta Avropa Oyunlarını izləyir. İdmançılarımızın qələbəsinə sevinir”.
Xatırladaq ki, keçmiş polis polkovniki Hacı Məmmədov adam oğurluqları və qətllərdə təqsirləndirilib. O, 2005-ci ilin martında Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi “Qara kəmər” əməliyyatı zamanı həbs olunub və ömürlük həbs cəzasına məhkum edilib.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər