BolgeXeber.Com » Ölkə » Suraxanı başçısı məbəd yolunu Suriyaya çevirib - ŞİKAYƏT - FOTO LAR

Suraxanı başçısı məbəd yolunu Suriyaya çevirib - ŞİKAYƏT - FOTO LAR

18-06-2015, 16:05
Oxunub: 3 291 Suraxanı başçısı məbəd yolunu Suriyaya çevirib - ŞİKAYƏT - FOTO LARİcra başçısı Suraxanı rayonunu viran qoyub

TİA.AZ-a şikayət edən sakinlər qeyd edirlər ki, Bakının Ramanı və Atəşgah məbədi ətrafı xarabalığı xatırladır. Onların sözlərinə görə, mətbuatda bu problem ictimailəşsə də, müsbət bir hərəkətlilik müşahidə olunmur. Suraxanılılar bildirirlər ki, qeyd edilən ərazilərdə yollar hələ də bərbad, çala-çuxur, kələ-kötür vəziyyətindədir. Rayon rəhbəri İlqar Abbasov isə bu sosial bəlaya görə qətiyyən narahatlıq keçirmir. Onun üçün son dərəcə əhəmiyyətsiz problem olan bu məsələ əslində, ölkə adına başucalığı gətirmir.
Şikayətçilər vurğulayırlar ki, Avropa Oyunları keçirilən günlərdə Atəşgah məbədi kimi simvolik bir ərazinin yollarının acınacaqlı vəziyyətdə olması Prezidentin vahid sosial siyasətinə xələl gətirir. Sakinlərin dediyinə görə, Atəşgah məbədini görmək istəyən turist özünü Əfqanıstan ya da Suriya küçələrində hiss edə bilər. Çünki yollar müharibə meydanına oxşayır. İcra başçısının laqeyd münasibəti nəticəsində Suraxanın ən vacib əraziləri dağılıb gedir. Bu isə həm dövlət rəhbərliyinin, həm ölkənin adına yaraşmır. Həmin yollar 2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə asfaltlanıb. İndi isə həmin o abad yoldan əsər-əlamət yoxdur.
BOLGEXEBER.COM
Suraxanı başçısı məbəd yolunu Suriyaya çevirib - ŞİKAYƏT - FOTO LAR
Suraxanı başçısı məbəd yolunu Suriyaya çevirib - ŞİKAYƏT - FOTO LAR