BolgeXeber.Com » İdman » "Qarabağ" makedoniyalıları stadiondan çıxardı

"Qarabağ" makedoniyalıları stadiondan çıxardı

7-07-2010, 14:25
Oxunub: 6 082
Komandamız Skopyedə ilk məşqinə çıxdı

Ötən gün Makedoniyaya yollanan "Qarabağ" Skopye şəhərində ilk məşqinə çıxıb.

Yerli vaxtla 18.30-da paytaxtın "Jelezarniça" stadionunda məşqə yollanan "Qarabağ" yerli publika tərəfindən böyük maraqla qarşılanıb.

Çox sayda fanatın izlədiyi məşq prosesi bir müddət sonra azarkeşlər üçün bağlı elan edilib. Təqribən 1,5 saat davam edən məşqdə komanda üzvlərinin yüksək əhval-ruhiyyədə olduğu müşahidə olunub.