BolgeXeber.Com » İdman » Azərbaycan Avropa Oyunlarında 13-cü “qızıl”ını qazandı

Azərbaycan Avropa Oyunlarında 13-cü “qızıl”ını qazandı

20-06-2015, 10:13
Oxunub: 4 740 Azərbaycan Avropa Oyunlarında 13-cü “qızıl”ını qazandıRadik İsayev finalda rusiyalı idmançını məğlub etdi

Azərbaycanlı taekvandoçy Radik İsayev Avria Oyunlarının qızıl medalanı qazanıb.

İlkin mərhələdən azad olan yığmamızın lideri Radik İsayev 1/4 finalda Jeron Vanruiju (Hollandiya) sınağa çəkib. Görüş dünya çempionumuzun qələbəsi ilə başa çatıb. O, 8:6 hesabı ilə qalib gələrək, 1/2 finala vəsiqə qazanıb. İsayev ikinci görüşündə sloveniyalı İvan Traykoviçlə üz-üzə gəlib. Təmsilçimiz bu rəqibini də çempionluq mübarizəsindən kənarlaşdırmaqda çətinlik çəkməyib. Radik ikinci hissənin gedişində 15 xal fərqi ilə önə keçdiyindən (17:2) döyüş yarımçıq dayandırılıb və dünya çempionumuz finala vəsiqə qazanıb.

Finalda rusiyalı Vladislav Larinlə qarşılaşan təmsilçimiz rəqibindən güclü olub - 4:3 və Azərbaycan üçün 13-cü qızıl medalı qazanıb. Millimizn hesabında həmçinin 5 gümüş və 12 bürünc medal var.