Təhsil Nazirliyində təmir-tikinti yeyintisinin “kralı” kimdir?
22-06-2015, 19:07
Oxunub: 4 341
Təhsil Nazirliyi tərəfindən həyata keçirilən təmir-tikinti layihələrində hələ əvvəldən yeyinti halları mövcud olub. Sabiq nazir Misir Mərdanovun zamanında məktəb tikintisi sahəsində böyük yeyinti faktları aşkarlanıb.
Tia.az yazır ki, o zaman nazirliyin Təmir-Tikinti İdarəsi ləğv olundu, onun rəhbəri Misir Mərdanovun xalası oğlu Allahverdi Dəmirov vəzifəsindən çıxarılaraq istintaqa cəlb edildi. Bundan sonra məktəb tikintisi Təhsil Nazirliyindən alınaraq Bakı Şəhər İcra Hakimiyyətinə verildi.
Yeyintinin miqyası kifayət qədər böyük olduğundan Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başladıldı. Suraxanı rayonundakı 85 saylı məktəbin təmiri zamanı "Azərbərpa" MMC-nin vəzifəli və maddi məsul şəxsləri tərəfindən iş həcmi 35 min 261 manat şişirdilib, 11 min 666 manatlıq iş isə faktiki yerinə yetirilməyərək dövlət vəsaiti nəfsin güdazına gedib.
Gundelik-baku.com-un məlumatına görə, 2014-cü ilin fevralında Təhsil Nazirliyinin nəzdində Əsaslı Tikinti və Təchizat İdarəsi yaradıldı. İdarənin rəisi vəzifəsinə isə Musa Məmmədov təyin olundu. İdarə geridə qalan vaxt ərzində etimadı doğrulda bilməyib, əksinə məktəb tikintisi sahəsində vəziyyət ikiqat pisləşib.
Məktəb təmir-tikintisi Bakı Şəhər İcra Hakimiyyətinin balansından çıxarılaraq yenidən Təhsil Nazirliyinə qaytarılanda ekspertlər buna etirazını bildirmişdi.
Məktəblərin təmir və tikintisi layihələrinin icrası zamanı kütləvi mənimsəmələrə, qanun pozuntularına yol verilib. Musa Məmmədov Əsaslı Tikinti və Təchizat İdarəsinə istənilən səviyyədə rəhbərlik edə bilmir. Bu sahədə köhnə problemlər aktuallığını qoruyub saxlayır.
Təmir-tikinti işlərinə dövlət büdcəsindən ayrılan vəsaitlərin böyük hissəsi bir qrup şəxsin maraqlarına qurban verilir. Layihə-smeta sənədlərindən kənarlaşmalar olur, keyfiyyətsiz iş aparılır, amma heç bir tədbir görülmür.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər