BolgeXeber.Com » Şou-Biznes » Xalq artisti əməliyyat olundu

Xalq artisti əməliyyat olundu

27-01-2012, 14:25
Oxunub: 4 824 Xalq artisti Firəngiz Mütəllimova Bakının klinikalarından birində cərrahiyyə əməliyyatı keçirib.

Bolgexeber.comDay.Az saytına istinadən verdiyi məlumata görə, əməliyyat onun gözündə aparılıb.

"Məlumatı haradan əldə etdiyinizi bilmirəm. Mən bu xəbəri yaymağı düşünmürdüm. Doğrudur, bu günlərdə sol gözümdən əməliyyat olunmuşam. Kista götürülüb. Sabah tikiş söküləcək, - deyə aktrisa qeyd edib. - Bu gözüm artıq bir il idi, mənə əziyyət verirdi. Sıx iş qrafiki üzündən əməliyyat oluna bilmirdim".