Ağsuda biabırçılıq: Direktor xadiməni döydü... - Olay
25-06-2015, 12:19
Oxunub: 3 823
Belə ki, Ağsu rayonunda məktəb direktorunun xadiməni döyməsilə nəticələnən insident baş verib
BOLGEXEBER.COM AzNews.az-a istinadən xəbər verir ki, rayonun Keçdiməz kənd orta məktətinin direktoru Maarif Səmədov xadimə Rəsiqə Orucovanı döyüb. Hadisə məktəbdə səhər saatlarında baş verib. Hadisənin baş verməsinə səbəb xadimənin işə gecikməsi olub. Onlar arasında başlayan mübahisə sonda direktorun xadiməni döyməsilə nəticələnib. Zərbələrdən ağır xəsarətlər alan R.Orucova xəstəxanaya aparılıb.
Ağsu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin rəisi Hüseyn Mənsimli faktı AzNews.az-a təsdiqləyib. Bildirib ki, direktor M.Səmədov xadiməni döymədiyini iddia edir. Ekspertiza rəyi isə R.Orucovanın döyüldüyünü təsdiq edir.
Faktla bağlı Ağsu Rayon Prokurorluğunda cinayət işi açılıb. Araşdırma aparılır.
Kənd sakinlərinin verdiyi məlmata görə, bu, M.Səmədovun ilk belə əməli deyil. Bir neçə il əvvəl o, məktəbin şagirdini döydüyü üçün vəzifədən uzaqlaşdırılıbmış. Lakin Ağsu rayon Təhsil Şöbəsi onu yenidən məktəbə direktor təyin edib. Bu isə təəccüblü deyil. Əldə etdiyimiz məlumata görə, sözügedən şöbənin rəhbəri Tahir Xasıyev M.Səmədovun əmisi oğludur.
Xatırladaq ki, analoji hadisə ötən il Ağcabədi rayonunda da baş vermişdi. Rayonda yerləşən Laçın rayon Ağ göl ümumi orta məktəbinin direktoru Hidayət İbrahimov müavini və qohumu ilə birlikdə xadiməyə şiddət göstərmişdi. Məktəb müəllimlərindən biri (həyat yoldaşı) döyülən xadiməni huşsuz vəziyyətdə tapmışdı.
Bundan əlavə, Abşeron royunda da oxşar hadisə baş vermişdi. Məktəb direktorunun öz yaxınları ilə birlikdə xadiməyə şiddət göstərməsi bir meddət mətbuatın gündəmində olmuşdu.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər