Bakıda polis pritona basqın etdi
28-01-2012, 16:00
Oxunub: 5 827
Əxlaqsızlıq edən qadınlar ekspertizaya aparıldı
Yanvarın 27-də Bakı şəhərinin Səbail rayonu, Xaqani küçəsi 12 ünvanında əxlaqsızlıq yuvası aşkar edilib. Bolgexeber.com-a daxil olan məlumata görə, “Massaj xidmətləri” adı altında fəaliyyət göstərən salon bu ilin yanvar ayının 8-dən fəaliyyət göstərsə də, son günlər ərzində salon öz mahiyyətini dəyişib. Buraya gələn müştərilərə intim münasibətlər də təklif olunmağa başlanılıb. Ətrafda yaşayan vətəndaşların şikayətindən sonra Səbail rayon 39-cu Polis Bölməsinin əməkdaşları həmin ünvana baxış keçiriblər. Keçirilən əməliyyat tədbirləri zamanı 5 qız həmin salonda intim xidmətlər göstərdiyi üçün polis tərəfindən saxlanılıb.
Elə həmin obyektə sahiblik edən Ağayev Fail Məmməd oğlu və onun qardaşı Rail Ağayev də ifadələrinin alınması və barələrində ölçü götürülməsi üçün polis bölməsinə gətirilib. “Massaj salonu” adı altında fəaliyyətə başlayıb sonradan öz funksiyasını dəyişən obyektə havadarlıq edən Rail və Fail Ağayev qardaşlarının fikrini öyrənə bilməsək də, polis onların artıq ifadəsini alıb.
39-cu Polis Bölməsindən verilən məlumata görə, salon “AKFA” adı altında Xaqani küçəsi 12 ünvanındakı mənzildə fəaliyyət göstərib. Orada yaxalanan qadınlar tibbi ekspertizadan keçirilməsi üçün aidiyyatı üzrə göndərilib.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə