Nazirlikdən rəsmi xəbərdarlıq: 5 dəqiqəlik kompüterləri söndürün
25-06-2015, 14:28
Oxunub: 3 464
Kompüterdə vaxt tənzimləməsini həyata keçirən NTP protokolu öz vaxt ayarlarını atom saatına əsasən tənzimləyir
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi yeni xəbərdarlıqla çıxış edib. Xəbərdarlıqda qeyd olunur ki, bu ilin 30 iyun tarixində saat 23:59:59-da dünya saatının 1 saniyə irəli çəkilməsinə qərar verilib.
Mərkəzdən “APA-Economics”ə verilən məlumata görə, bu addımın atılmasında məqsəd Yer kürəsinin öz oxu ətrafında hərəkəti yavaşladığı üçün astronomik və atom saatı arasında vaxt hesablanması ilə bağlı ortaya çıxan ziddiyyətləri aradan qaldırmaqdır.
“Bununla əlaqədar qeyd etmək lazımdır ki, dünya saatında baş verəcək bu dəyişikliyin texnoloji sistemlərdə nasazlığın yaranmasına səbəb olması məsələsi də qaçılmazdır. Belə ki, 2012-ci ildə edilən dünya saatına edilən oxşar dəyişikliklər nəticəsində bir sıra məşhur veb saytlarda nasazlıqlar və boşluqlar ortaya çıxıb.
Kompüterdə vaxt tənzimləməsini həyata keçirən NTP protokolu öz vaxt ayarlarını atom saatına əsasən tənzimləyir. Nəticədə, vaxtın 1 saniyə irəli çəkilməsini kompüter qurğuları sistemdə səhv kimi başa düşüb öz fəaliyyətini dayandıra bilərlər”- deyə məlumatda vurğulanıb.
Bununla bağlı, mütəxəssislər əməliyyat sistemlərinin səmərəliliyini və işləkliyini təmin etmək məqsədi ilə 30 iyun tarixində saat 23:58-də 5 dəqiqəlik kompüterləri söndürməyi tövsiyə edir.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər