BolgeXeber.Com » BÖLGƏ TV » Hərbi komissarlıq yandı

Hərbi komissarlıq yandı

30-01-2012, 11:20
Oxunub: 4 917 Yanvarın 29-da Bakıda yanğın hadisəsi baş verib.

Binəqədi kəndi ərazisində yerləşən rayonun Hərbi komissarlığında yanğın hadisəsi olub. Hadisə vaxtı binada kimsə olmadığından xəsarət alan qeydə alınmayıb. Bununla belə binanın bir hissəsi və xeyli sənəd kül olub. Yanğınsöndürənlər alovun yayılmasının qarşısını alıb. Faktla əlaqədar aidiyyatı qurumlarda araşdırma aparılır.