Avtomobil buzlu yolda aşdı
30-01-2012, 11:20
Oxunub: 5 577
Ötən gecə Bakının Nizami rayonunda yol nəqliyyat hadisəsi baş verib.
Rayonun Heydər Əliyev prospektində qeydə alınan qəza zamanı bir minik maşını aşıb. Hadisə “Lexus” markalı avtomobil Ələsgər Qayıbov küçəsindən Heydər Əliyev prospektinə dönmək istəyərkən meydana gəlib. Nəticədə avtomobil sürüşüb və prospektdə 1-ci və 2-ci dərəcəli yolları bir-birindən ayıran daş hasara çırpılıb.
Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib. Maşının çırpıldığı daş hasar da zərbədən uçub və qırıntıları 1-ci dərəcəli yola dağılıb. Yola dağılmış daş qırıntıları Heydər Əliyev prospekti ilə hərəkətdə olan avtomobillərin hərəkəti üçün maneə yaradıb.
Yol qəzasının baş verdiyi ünvana Nizami rayon dövlət yol polis şöbəsinin əməkdaşları cəlb olunub və hadisə yerində müayinələr aparılıb. Sürücü ifadəsinin alınması və sərxoşluq müayinəsindən keçməsi üçün müvafiq polis orqanına dəvət olunub.
Sürücü ilkin ifadəsində qəzanın yolların buzlu olması səbəbindən baş verdiyini desə də, hadisəni araşdıran polis əməkdaşları avtomobilin qarlı hava şəraiti üçün nəzərdə tutulmuş normadan yüksək sürətlə idarə edildiyini də istisna etmir. Faktla bağlı araşdırmalar aparılır.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər