BolgeXeber.Com » Ölkə » “Sığorta ödənişini ala bilmirəm” – ŞİKAYƏT

“Sığorta ödənişini ala bilmirəm” – ŞİKAYƏT

29-06-2015, 10:12
Oxunub: 3 321 “Sığorta ödənişini ala bilmirəm” –  ŞİKAYƏTKeçmiş hərbi qulluqçu, 2-ci qrup əlil Ağazər Gülbabayev ona verilməli olan sığorta ödənişini ala bilmədiyindən şikayətlənir. Sumqayıt şəhər sakini bu barədə fins.az-a ünvanladığı şikayət məktubunda bildirib.
“Ödəniş verməsələr, məhkəməyə verəcəm”
Sumqayıtın 6-cı mikrarayonunda, 37 saylı binanın 16-cı mənzilində yaşayan 2-ci qrup hərbi əlil, ehtiyatda olan kapitan Ağazər Gülbabayev deyir ki, 2010-cu ildə hərbi xidmətdə olarkən güzəştli şərtlərlə ipoteka krediti götürüb. Və buna görə o, “Bakı sığorta” şirkətində kredit sığortası etdirib. Şikayətçinin sözlərinə görə, Murov bölgəsində 9 illik hərbi xidmət etdikdən sonra 2012-ci ildə 2-ci qrup hərbi əlil kimi Silahlı Qüvvələrdən təxris olunub. Kəskin piylənmə xəstəliyi hərbçinin yeriməsində və hərəkət etməsində çətinlik yaradıb. Hazırda 10 addımdan artıq yeriyə bilmir. Bu cür vəziyyət isə onun başqa işdə çalışmasına və kreditini ödəməsinə imkan vermir. Ağazər Gülbabayeva rəsmən əlillik təyin olunduqdan sonra o, “Bakı sığorta” şirkətinə müraciət edib və sığorta ödənişi alaraq kreditini bağlamaq istəyib. Lakin şirkət ödənişdən imtina edir. Bunu özünə qarşı haqsızlıq kimi qiymətləndirən müsahibimiz bir sıra dövlət qurumlarına müraciət edib, hazırda isə şirkəti məhkəməyə vermək barədə düşünür: “Ödəniş verməsələr, məhkəməyə də müraciət edəcəyəm”.
“Bu hadisəyə ödəniş düşmür”
Fins.az şikayətlə bağlı “Bakı Sığorta” şirkəti ilə əlaqə saxlayıb. Şirkətdən bildirilib ki, Ağazər Gülbabayev onlara sığorta tələbini 2012-ci ildə ünvanlayıb. Araşdırma nəticəsində məlum olub ki, onun əlilliyi ilə bağlı sığorta riski müqavilə üzrə sığorta təminatına daxil deyil. Buna görə də, vətəndaşa sığorta ödənişi veriıməsindən imtina olunub. “Bakı Sığorta”da Ağazər Gülbabayevin şirkəti məhkəməyə vermək istəyinə normal baxırlar və hesab edirlər ki, bu, onun qanuni hüququdur.
BOLGEXEBER.COM