BolgeXeber.Com » Bölgə » Keçmiş polis işçisi Ramil Usubova müraciət etdi

Keçmiş polis işçisi Ramil Usubova müraciət etdi

29-06-2015, 11:22
Oxunub: 4 072 Keçmiş polis işçisi Ramil Usubova müraciət etdiMehman Quliyev yenidən polis olmaq istəyir...

Ucar rayonu Alpı kəndi sakini Qarabağ müharibəsi veteranı və istefada olan polis kapitanı Quliyev Mehman Ələddin oğlu Bolgexeber.com vasitəsilə daxili işlər naziri Ramil Usubova müraciət edib:

"Neçə ildir göndərdiyim ərizələrim Daxili İşlər Naziri cənab Ramil Usubova verilmir deyə xahişimi çatdırmaq üçün mətbuat vasitəsi ilə müraciət etmək istəyirəm. Mən 1984-cü il tarixdə Daxili İşlər Orqanlarına qəbul edilmişəm.1990-cı il tarixdə Litva Respublikasının Kaunas şəhərində orta-hüquq məktəbinə qəbul olunmuşam.1992-ci ildə həmin məktəbi bitirib Cəbrayıl Rayon Polis Şöbəsində azyaşlılar üzrə inspektor vəzifəsində işləmişəm.1993-cü il tarixdən 2002-ci il tarixə qədər isə Ucar RPŞ-də məsul növbətçi vəzifəsində çalışmışam. 2002-ci il tarixdə ailə vəziyyətimlə əlaqədar öz ərizəmlə təqaüdə buraxılmışam. Polis Orqanlarında işlədiyim müddətdə barəmdə tənbeh tədbirləri tətbiq edilməyib, həmişə polis adını uca tutmuşam. Qarabağın azadlığı uğrunda gedən müharibədə döyüş bölgələrinə ezam olunub əhalinin təhlükəsizliyinin qorunmasında fəal iştirak etmişəm. Qarabağ müharibəsi veteranıyam. Həmçinin xidmət etdiyim illərdə Daxili İşlər Nazirliyinin və Ucar RPŞ-nin rəhbərliyi tərəfindən dəfələrlə mükafatlandırılmışam və "Fəxri fərman" la təltif edilmişəm. Ailə vəziyyətimlə əlaqədar öz ərizəmlə təqaüdə çıxmışam.Tam sağlamam polis orqanında yenidən işə bərpa edilmək istəyirəm. Bunun üçün yaş senzimə hələ bir neçə il var. Buna görə Daxili İşlər Naziri cənab Ramil Usubova müraciətlər etmişəm. Bilirəm ki, həmin müraciətlər canab Nazirə şəxsən çatmır. Buna görə də mətbuat vasitəsi ilə cənab Nazir Ramil Usubova müraciət edirəm. Hörmətli Nazir, mən tam sağlamam, işləməyə böyük həvəsim var, həyat yoldaşımın ağır xəstəliyi ilə əlaqədar təqaüdə çıxmışam. Ancaq indi istəyirəm ki, yenidə polis orqanına işə qayıdım. Sizdən çox-çox xahiş edirəm polis orqanına yenidən işə qayıtmağıma köməklik edəsiniz. Əvvəlcədən Sizə minnətdarlığımı bildirirəm."
Bolgexeber.com