BolgeXeber.Com » Bölgə » Goranboy bu gün-VİDEO

Goranboy bu gün-VİDEO

29-06-2015, 11:27
Oxunub: 3 079 Goranboy bu gün-VİDEOSon illər Goranboy rayonunda həyata keçirilən geniş abadlıq və quruculuq işləri rayonun simasını tamamilə dəyişib

Rayon ərazisində su-kanalizasiya sisteminin yenidən qurulması layihəsi davam edir,mərkəzi küçələrə , eləcə də kənd və qəsəbələrə yeni asfalt yollar çəkilir .
Eyni zamanda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yaşayış binası istifadəyə verilərək , 54 ailə yeni mənzillə təmin edilib. Rayon ərazisində əhalinin istirahəti üçün nəzərdə tutulan geniş parklar salınıb , avtomobil yolu genişləndirilərək , küçələrdə müasir işıq dirəkləri quraşdırılıb . Rayonda həyata keçirilən quruculuq işləri çərçivəsində Tarix-Diyarşünaslıq Muzeyi üçün əlavə korpusun tikintisi başa çatdırılıb. Bütün bu uğurlarda Goranboy Rayon İcra Hakimiyyətinin böyük rolu olduğu danılmaz faktdır. Görülən işlər onu deməyə əsas verir ki , rayon rəhbərliyi Goranboy əhalisinin rifahının yaxşılaşdırılması naminə əlindən gələni əsirgəmir. Ümumuyyətlə , rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində bir sıra mühüm işlər görülür. Goranboyun abadlaşan küçələri, rayonun yolları da bunları deməyə əsas verir.Bolgexeber.com