BolgeXeber.Com » Ölkə » Yeni avtobusların aqibəti necə olacaq? - AÇIQLAMA

Yeni avtobusların aqibəti necə olacaq? - AÇIQLAMA

29-06-2015, 12:39
Oxunub: 3 058 Yeni avtobusların aqibəti necə olacaq? - AÇIQLAMA“Avropa Oyunları zamanı tamaşaçılara xidmət edən 300-ə yaxın yeni avtobus xəttə buraxılacaq

Onlar Bakı sakinlərinə xidmət edəcək”

Bunu AzVision.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib.

Nazirlik rəsmisi qeyd edib ki, Avropa Oyunları ilə əlaqədar dəyişdirilən maşurut xətlərində təkmilləşdirmə işləri aparılacaq:

“Müəyyən avtobusların bərpası məsələsinə iyul ayının birindən sonra baxılacaq. Avropa Oyunları ilə əlaqədar olaraq tətbiq olunan qadağalar ayın birinə qədər qüvvədə qalacaq. Paralellik təşkil edən avtobusların ləğvi onsuz da gündəmdədir. Avropa Oyunları ilə əlaqədar olaraq dəyişdirilən maşrut xətləri məsələsi də yenidən müzakirə olunacaq.

Oyunlar zamanı tamaşaçılara xidmət edən avtobular üçün yeni maşurut xətləri müəyyəndləşdirilir. Bununla bağlı kütləvi informasiya vasitələrinə əlavə məlumatlar veriləcək”.

Nazirlik rəsmisi həmçinin qeyd edib ki, iri tutumlu avtobusların yenidən xəttə buraxılması məsələsinə baxılacaq: “Maşrut xətlərində müəyyən dəyişikliklər olacaq. İstismar müddəti başa çatan avtobular həmişə olduğu kimi bu dəfə də xətdən çıxarılacaqlar”.
Bolgexeber.com