BolgeXeber.Com » Bölgə » Füzuli rayonunda daha iki qəsəbəyə mavi yanacaq verildi - FOTOLAR

Füzuli rayonunda daha iki qəsəbəyə mavi yanacaq verildi - FOTOLAR

30-06-2015, 11:23
Oxunub: 3 752 Füzuli rayonunda daha iki qəsəbəyə mavi yanacaq verildi - FOTOLAR9 və 8 №-li Qayıdış qəsəbələrinin işıq, su, qaz ilə bağlı sosial qayğıları tam həll olunub

Füzuli rayonunun 9 və 8 №-li Qayıdış qəsəbələrinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri, rayonun idarə, müəssisə, hüquq mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

BOLGEXEBER.COM xəbər verir ki, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açılış mərasimində çıxış etmiş, respublikamızda əhalinin təbii qaza olan təlabatını təmin etmək məqsədi ilə həyata keçirilən genişmiqyaslı tədbirlərdən danışmışdır. Rayonda həyata keçirilən infrastruktur layihələri, o cümlədən kənd və qəsəbələrin qazlaşdırılması barədə məlumat verən Alı Alıyev qeyd etmişdir ki, prezident cənab İlham Əliyevin tapşırıqlarına və Dövlət Proqramına uyğun olaraq rayonun əksər yaşayış məntəqələri qazlaşdırılmış, digər kənd və qəsəbələr isə cari ilin avqust ayına kimi qazlaşdırılacaqdır.
Alı Alıyev qəsəbə sakinlərini əlamətdar gün münasibəti ilə təbrik etmişdir.
Açılış mərasimində bildirilmişdir ki, 9 və 8 №-li Qayıdış qəsəbələrinin işıq, su, qaz ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün imtiyazlardan istifadə edirlər. Qəsəbəlrdə məktəb, uşaq bağçası fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir məcburi köçkün pay torpağı ilə təmin olunub.
Qeyd edək ki, 205 abonenti olan 9 №-li Qayıdış və 208 abonenti olan 8 №-li Qayıdış qəsəbələrində birpilləli sistem əsasında uzunluğu 9554 metr olan metal borularla daşıyıcı və məhəllə daxili qaz xətləri çəkilmiş, sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.Mərasimdə çıxış edən qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Sonda rəmzi məşəl yandırıldı və evlərə mavi yanacağın verilməsinə baxış keçirildi.
BOLGEXEBER.COM
Füzuli rayonunda daha iki qəsəbəyə mavi yanacaq verildi - FOTOLAR
Füzuli rayonunda daha iki qəsəbəyə mavi yanacaq verildi - FOTOLAR
Füzuli rayonunda daha iki qəsəbəyə mavi yanacaq verildi - FOTOLAR
Füzuli rayonunda daha iki qəsəbəyə mavi yanacaq verildi - FOTOLAR