BolgeXeber.Com » Ölkə » Adil Vəliyev Sabunçu torpaqlarını satır, satır, satır...

Adil Vəliyev Sabunçu torpaqlarını satır, satır, satır...

30-06-2015, 11:38
Oxunub: 3 428 Adil Vəliyev Sabunçu torpaqlarını satır, satır, satır...Sabunçunun icra başçısından prezidentə şikayət...

Sabunçu rayon sakini Afiq Məmmədov moderator.az-a aşağıdakı məzmunda məktubla müraciət edib:

"Sabunçu icra başçısı Adil Vəliyevin qanunsuz fəaliyyəti barədə məqalələrə əsasən bir neçə faktları diqqətinizə təqdim edirəm. Xahiş edirəm müvafiq redaktə apararaq yayımlayasınız!

Uzun müddət aktiv biznes fəaliyyəti ilə məşğul olmuş Sabunçu rayonunun icra başçısı Adil Vəliyev vəzifəyə təyin olunandan sonra rayon ərazisindəki dövlət torpaqlarının qanunsuz satışından son üç il ərzində külli miqdarda gəlir əldə edib və bu qanunsuzluq indi də davam edir. Araşdırma aparılsa, həmin tikililərin əksəriyyətinin sənədinin qanunsuz olduğu üzə çıxar. O, Prezidentin son yanğın müşavirəsindəki dövlətə aid torpaqların mənimsənilməsilə bağlı göstərişlərinə əhəmiyyət vermir.

Adil Vəliyevin hazırda ələ keçirmək istəyində olan dövlət torpaq sahələrini diqqət edin və araşdırın.

1. Bakıxanov qəsəbəsi Y. Əliyev küç . NEFT ŞİRKƏTİNİN GEOFİZİKA İDARƏSİNİN əraziləri qəsb edilməkdə Əmlak Komitəsində özəlləşdirilməkdədir.(fakt)

2. Bakıxanov qəsəbəsindəki Mədəniyyət küçəsindəki park hasarlanıb. Şəxsi (ŞƏHRİZAD UŞAQ BAĞÇASI TİKİB). Axı harda görünüb ki, ictimai yeri adamların əlindən alıb hansısa özəl bağçaya satsınlar? Parkı da özəlləşdirərlər? Bu gün gəlib oturursan, istirahət edirsən, sabahı gün gəlib görürsən hasarlanıb, darvaza qoyulub. Dünyanın hansısa yerində belə şey var? ”http://www.azadliq.org/content/article/26922067.html

3. Bakıxanov qəsəbəsi İdman Timaywllw İnternet Məktəbinin Əhatəsi.https://www.youtube.com/watch?v=tWJ3GYtx4IM

4. Bakıxanov qəsəbəsi VAHİD Şadlıq sarayının yanı 9 mərtəbəli binanın həyəti (uşaq meydançası)

5. Neft Şirkətinin Balaxınıneftin ərazisi, Zabrat yolunun qırağı.

6.Bakıxanov qəsəbəsi İcra Nümayəndəliyinin inzibati binası.
http://www.azfakt.com/adil_veliyev_de_sabun_unu___zray_l_n_yuvas_na___evirib-5510-xeber.html

7. ŞAHİN İDMAN KLUBUNUN YANI. Sülh küçəsindəki kiçik parkın ərazisi ( İcra hakimiyyətinin arxası)

8.BAKIXANOV QƏSƏBƏSİNDƏ doğum evinin yanındakı parkın ərazisində hündür mərtəbəli bina tikilir və 100 –lərlə ağac kəsilib.

9. Bakıxanov qəsəbəsi dəmiryolu stansiyasının yanındakı park özəlləşməkdə və hazırda hasarlanıb. Ağaclar mərhələ-mərhələ məhv edilməkdədir.

10. Bakı Fəhləsi zavodunun arxaları Anaşkin küçəsindəki torpaq sahələri satılmaqda davam edir. Rafael adlı şəxs icranın işçisi, onların min bir əzab-əziyyətlə, illərdir öz vəsaitləri hesabına doldurduqları ərazinazidə torpaq qoymayıb

11. BAKIXANOV REZİDENTS YAŞAYIŞ və ƏYLƏNCƏ MƏRKƏZLƏRİ .(Adil Vəliyevə məxsus BƏRGÜŞAD və 21 –Cİ ƏSR ŞİRKƏTLƏRİ.http://topnews.az/news/396537/Sabunchu-icra-bashchisinin-farasati.html

112. Yavər Əliyev küçəsində mühafizə polisi ilə üzbəüz obyektlər.

13. “ Bakıxanov” stansiyasının yaxınlığında olan onlarla sahibkarlara məxsus mağazaları zorla əlindən alaraq mənimsəyərək hazırda özünə nəhəng ticarət mərkəzi tikir.

14. BAKIXANOV QƏSƏBƏSİ MEHMANDAROV KÜÇ NİLUFƏR ŞADLIQ SARAYININ ÖNÜNDƏKİ UŞAQ PARKININ ƏRAZİSİ.


Hələ Bakı ətrafı qəsəbələrin torpaq sahələrinidən danışmıram".


Qarşı tərəfin mövqeyini dərğ etməyə hazırıq.
BOLGEXEBER.COM