BolgeXeber.Com » BÖLGƏ TV » Şirvan İH-də çarəsiz qalan sakinləri dilənçi adlandırırlar-VİDEO

Şirvan İH-də çarəsiz qalan sakinləri dilənçi adlandırırlar-VİDEO

23-07-2015, 10:40
Oxunub: 3 837 Şirvan İH-də çarəsiz qalan sakinləri dilənçi adlandırırlar-VİDEOUzun müddət öncə övladını itirən Rəna xanım himayəsidə olan 2 azyaşlı nəvəsilə 2000-ci ildən uçuq- sökük yerdə yaşayır

Şirvan şəhərindən Rəna Orucovanın BTV-yə yolladığı fəryad dolu məktub əməkdaşlarımızı göstərilən ünvana yollanmağa vadar etdi. Mənzil başına çatdıqda qarşılaşdığımız mənzərə bizi heyrətə saldı. Uzun müddət öncə övladını itirən Rəna xanım himayəsidə olan 2 azyaşlı nəvəsilə 2000-ci ildən uçuq- sökük yerdə yaşayır. Rəna Orucova qeyd edir ki , evin təmir edilməsilə bağlı Şirvan şəhər icra hakimiyyətinə , şəhər üzrə millət vəkili Azay Quliyevə müraciət ünvanlasa da şikayətinə baxan yoxdur. Məsələni aydınlaşdırmaq məqsədilə , Şirvan şəhər icra hakimiyyəti ilə əlaqə saxladıq. Suallarımızı icra başçısının birinci müavini Samid Abıyev cavablandırdı. Biz BTV olaraq , məsələni işıqlandırıb ictimaiyyətə çatdırmağa çalışdıq. Ümid edirik , məsələyə aidiyyatı qurumlar ailənin ağır yaşayış tərzinə biganə yanaşmayacaqlar.
BOLGEXEBER.COM