BolgeXeber.Com » Gündəm » Ucarın qaz idarəsinin əməkdaşları vətəndaşın evinə basqın edib – ŞİKAYƏT(FOTO)

Ucarın qaz idarəsinin əməkdaşları vətəndaşın evinə basqın edib – ŞİKAYƏT(FOTO)

1-07-2015, 11:40
Oxunub: 11 748 Ucarın qaz idarəsinin əməkdaşları vətəndaşın evinə basqın edib – ŞİKAYƏT(FOTO)"Qazdan istifadəyə görə heç bir borcumuz olmasa da 116 manat əsas borc yazıblar"

Ucar rayonundan daha bir şikayət məktubu daxil olub. Rayonun Gəraybəyli kəndində yaşayan Həmidov Samir Tarif oğlu tərəfindən BOLGEXEBER.COM-a göndərilən məktubda məmur özbaşınalığından bəhs olunur.

Şikayətçi yazır ki, "Azəriqaz" İstehsalat Birliyi Ağsu Regional Qaz İstismar İdarəsinin əməkdaşları və onların tabeçiliklərində olan Ucar Xidmət Sahəsinin əməkdaşları yaşadığı evə basqın edib. İdarə əməkdaşları qaz sayğacının blombunu qırıb cərimə tədbiq ediblər. Onun dediyinə görə, artıq bu kimi özbaşınalıqlardan rayon sakinləri bezar olublar.
“Onlar bunun mənim tərəfimdən edildiyini utanmadan israr etdilər. Bu hadisədən bir neçə gün sonra Ucar Xidmət Sahəsinin əməkdaşları gəlib qəsdən yararsız hala salınmış qaz sayğacını açıb apardılar ki, guya labaratoriyaya göndəriləcək.
Buna görə bizə 216 manat cərimə tətbiq etdilər. Həmçinin qazdan istifadəyə görə heç bir borcumuz olmasa da 116 manat əsas borc yazıblar. Qonşuların və ya digər şəxslərin iştirakı olmadan özlərinin tərtib etdikləri saxta akta ancaq özləri imza etdilər,”-deyə S.Həmidov qeyd edib.
S.Həmidov bildirir ki, Ağsu Regional Qaz İstismar İdarəsində talançılıqla mənimsənilən pulun əvəzini vətandaşlardan belə saxtakarlıqla alırlar: “Qaz İstismar İdarəsinin əməkdaşlarının bütün bu qanunsuz əməlləri evimizin qarşısında quraşdırılmış müşahidə kamerası vasitəsi ilə çəkilib. Yaşayış evlərinə gəlib qaz sayğaclarına özləri müdaxilə edib blombları qırıb yararsız hala salıb belə saxtakarlıqla vətəndaşlara cərimələr tətbiq edib büdcələrini doldururlar. Mən müvafiq orqanlara şikayət ərizələri ilə müraciətlər etmişəm. Mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Prezidenti cənab Rövnəq Abdullayevə müraciət edib xahiş edirəm bu qanunsuzluq faktını araşdırıb qanuna müvafiq tədbirlər görəsiniz”.
BOLGEXEBER.COM
Ucarın qaz idarəsinin əməkdaşları vətəndaşın evinə basqın edib – ŞİKAYƏT(FOTO)
Ucarın qaz idarəsinin əməkdaşları vətəndaşın evinə basqın edib – ŞİKAYƏT(FOTO)
Ucarın qaz idarəsinin əməkdaşları vətəndaşın evinə basqın edib – ŞİKAYƏT(FOTO)