BolgeXeber.Com » Xəbərlər » Sakinlər Zağulbanın bərbad yollarından şikayətçidirlər - FOTOLAR

Sakinlər Zağulbanın bərbad yollarından şikayətçidirlər - FOTOLAR

1-07-2015, 15:35
Oxunub: 3 380 Sakinlər Zağulbanın bərbad yollarından şikayətçidirlər - FOTOLAR«Zağulba çimərliyi əhali arasınla Abşeronda ən populyarlarından biridir. Belə neqativ halın olması yolverilməzdir və ölkəmizin turizm imicinə cidd zərbə vurur»

"Buzovna qəsəbəsində ATS-53-dən üzü Zağulba çimərliyinə doğru gedən yol uzun illərdir ki, bərbad vəziyyətdir və sakinlərə, çimərliyə gedən insanlara böyük problemlər yaradır". FaktXəbər-in daimi oxucusu Rövşən bəy redaksiyaya ünvanladığı məktubunda belə deyib. Onun sözlərinə görə, yollarda işıqlandırma sistemləri yoxdur, yolboyu kanalizasiya suları yollarda axır.

Buzovna sakininin sözlərinə görə yerli idaretmə orqanları bu məsələyə çox laqeyid yanaşırlar: «Zağulba çimərliyi əhali arasınla Abşeronda ən populyarlarından biridir. Belə neqativ halın olması yolverilməzdir və ölkəmizin turizm imicinə cidd zərbə vurur».

Rövşən bəy Maştağa-Buzovna yolunun genişləndirilib əsaslı təmir olunmasına baxmayraq, əvvəllər bu yolda mövcud olan işıqlandırma sisteminin ləğv edildiyini də bildirir: «Məmmədyarov dairəsindən Buzovnaya kimi uzanan yol boyu sağ və sol tərəflər yaşayış evləridir. Gecə saatlarından bu yolda həm piyadaları vurma halları, həm də avtoqəzalar çox baş verir».
BOLGEXEBER.COM
Sakinlər Zağulbanın bərbad yollarından şikayətçidirlər - FOTOLAR
Sakinlər Zağulbanın bərbad yollarından şikayətçidirlər - FOTOLAR
Sakinlər Zağulbanın bərbad yollarından şikayətçidirlər - FOTOLAR