BolgeXeber.Com » Xəbərlər » Azərbaycan dilində yeni sözlər: Viaqra, şürud, kvazidelikt – SİYAHI

Azərbaycan dilində yeni sözlər: Viaqra, şürud, kvazidelikt – SİYAHI

1-07-2015, 19:29
Oxunub: 3 789 Azərbaycan dilində yeni sözlər: Viaqra, şürud, kvazidelikt – SİYAHI1000-dən artıq yeni söz toplanıb

Azərbaycan dilinin orfoqrafiya lüğətinə yeni sözlərin daxil ediləcəyi gözlənilir.

BOLGEXEBER.COM xəbər verir ki, Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, Dövlət Dil Komissiyasının üzvü İsmayıl Məmmədov Trend-ə belə deyib.

Dilçi-alim bildirib ki, onun özü tərəfindən indiyədək 1000-dən artıq yeni söz toplanıb:

“Əsasən, başqa dillərdən alınan bu sözlərin İnstitutun Elmi Şurasında müzakirə edildikdən sonra yeni lüğətə daxil edilərək çap edilməsi nəzərdə tutulur”.

İ.Məmmədov yeni sözlərin bəzilərini də açıqlayıb:

geriçağırılma, akkreditiv, gərdək qurma, audensiya, konfidant, kompromat, impiçment, viaqra, siyasi radar, siyasi landşaft, kortej, dinləmə, inauqurasiya, federis, kambio, kambist, kamerger, təxmis, müsəbbi, şürud, təəssüfnamə, təkbeyt, fəməl-yəməl, izoqlos, xoyratlar, kurfırst, sorfinq, sorfinqçi, notifikasiya, nostrifikasiya, kvazidelikt, kvazizufurukt, rezervit, rezervist, kannibal, kannibalizm, raskol, raskolçu, ratusia, reversiya, revukasiya, reqressat, psixotrop, psixoaktiv, penologiya, mini-poema, südücə, çağrı mərkəzi.

Azərbaycan dilinin son orfoqrafiya lüğəti 2013-cü ildə nəşr edilib. Bu lüğətə 110 min 563 söz daxil edilib.