BolgeXeber.Com » Xəbərlər » Balakən rayon İcra Hakimiyyətindən şikayət artır şikayət artır

Balakən rayon İcra Hakimiyyətindən şikayət artır şikayət artır

2-07-2015, 12:46
Oxunub: 4 526 Balakən rayon İcra Hakimiyyətindən şikayət artır şikayət artırSakinlər İslam Rzayevin 4 illik fəaliyyətindən narazıdır

Zaman-zaman həm paytaxtda, həm də bölgələrdə məmurlar etik davranışları, vətəndaşların problemlərinin həll edilməməsi kimi məsələlərlə gündəmə gəlirlər ki, bu heç də xoş və birmənalı qarşılanmır. Ümumiyyətlə, bu gün əksər məmurlar yeni təyinat aldıqları müddətdə öhdələrinə düşən vəzifələri icra etdiklərini göstərmək üçün bir sıra işlərə imza atırlar ki, o da onların ilk və son işi olur.

Çünki sonradan vətəndaşlar nə həmin məmurların qəbuluna düşə, nə də şikayətlərini deyə bilirlər. Qeyd edək ki, paytaxt Bakı ilə yanaşı, bu gün bölgələrdən daxil olan şikayətlər daha çoxluq təşkil edir. Əksər hallarda həmin şikayətlər rayon İcra Hakimiyyətindən olur ki, elə bu gün daxil olan şikayət də Balakən rayon İcra Hakimiyyətindəndir. Bilməyənlər üçün qeyd edək ki, Balakən rayon İcra Hakimiyyətinin başçısı Rzayev İslam Vahid oğludur. Onu da diqqətinizə çatdıraq ki, İslam Rzayev 18 may 2011-ci ildən Balakən rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır. Rayon sakinlərinin dediklərinə görə, bu neçə il ərzində hələ də Balakən rayonunda illərdi yığılıb qalan, həllini gözləyən problemlər var. Lakin həmin problemlər illərdir ki, həll edilmir. Qeyd edək ki, daxil olan şikayətdə İslam Rzayevin təyinat aldığı vaxtdan bu günə qədər vəzifəsindən sui istifadə etdiyi söylənir. Dörd illik fəaliyyəti dövründə İslam Rzayevin cəmi bir dəfə əsas yolları təmir etdirdiyini deyən şikayətçinin sözlərinə görə, hazırda rayonun əksər yolları elə bərbad vəziyyətdədir ki, həmin yollardan keçmək müşkül məsələyə çevrilib. Rayonda fəaliyyət göstərən əksər obyektlərin icra başçısına məxsus olduğu söyləntiləri də var. Və yaxud da kim ki, rayonda obyekt işlətmək istəyirsə, o zaman mütləq icra hakimiyyətində kimlərisə görməlidir. Dövlət başçısı vaxtaşırı rayonlarda yolların təmiri üçün vəsait ayırır ki, həmin yollar təmir edilərək, istifadəyə verilsin. Lakin danılmaz faktdır ki, ayrılan vəsaitlərin çox az bir hissəsi xərclənir. Qalan hissəsinin isə hara getdiyi, necə olduğu bilinmir. Elə Balakən rayonunda da eyni vəziyyətin yaşandığı və vəsaitlərin böyük bir hissəsinin küləyə sovrulduğu söylənir. Bu gün konkret olaraq isə, daxil olan şikayət Balakən rayon, Katex kəndi, Bered məhəlləsindəndir. Əslində Katex kəndi də demək olmaz, qəsəbə demək daha düzgün olardı. Çünki həm ərazisi böyükdür, həm də orada yaşayan əhalinin sayı olduqca çoxdur. Lakin sakinlər buranın yollarının bərbad vəziyyətdə olduğunu dilə gətirirlər. Daha dəqiq desək, Katex qəsəbəsində yerləşən abidə kimi tanınan ərazidən Bered məhəlləsinə qədər olan 8 km məsafə olduqca bərbad vəziyyətdədir. Buradan da belə çıxır ki, həqiqətən də, vətəndaşların dediklərində həqiqət var. Çünki rayon ərazisində yollar demək olar ki, tamamilə təmirsizdir. Yalnız rayonun mərkəzi yolları təmir edilib ki, guya nəsə iş görülüb. Bir sözlə, rayon sakinləri Balakən rayon İcra Hakimiyyəti başçısının fəaliyyətindən olduqca narazıdırlar və şikayətlərini heç kimə deyə bilmədikləri üçün media vasitəsilə səslərini duyurmağa çalışırlar. Deyilənə görə, məsələ ilə bağlı dəfələrlə Balakən rayon İcra Hakimiyyətinə müraciət etsələr də, edilən müraciətlər heç bir nəticə verməyib. Nəticə versəydi, bu gün rayon ərazisindəki yollar təmir edilmiş olardı.gundelik-baku.com