BolgeXeber.Com » Gündəm » Oqtay Şirəliyevin səhiyyədəki özbaşnalıqlardan xəbəri varmı?-VİDEO

Oqtay Şirəliyevin səhiyyədəki özbaşnalıqlardan xəbəri varmı?-VİDEO

3-07-2015, 09:57
Oxunub: 3 895 Oqtay Şirəliyevin səhiyyədəki özbaşnalıqlardan xəbəri varmı?-VİDEOXəstədən pul almaq məqsədilə , müayinəsini gecikdiriblər

Ölkəmizdə bir çox sahələrdə olduğu kimi , səhiyyə sahəsinə də dövlət tərəfindən xüsusi diqqət ayrılır . İstər paytaxtda istərsə də , bölgələrdə əhaliyə xidmət göstərən müasir xəstəxanalar inşa edilir. Lakin bütün bunlara baxmayaraq , təəssüf ki , bir çox səhiyyə ocaqlarında özbaşnalıq , rüşvət halları mövcuddur. Btv-yə üz tutan Cəlilabad rayon Göytəpə şəhər sakini Murad Hüseynovun narazılığı da məhz səhiyyə sahəsindəki sadaladığımız hallarla bağlıdır .
Şikayətçi ailə üzvünün səhhətində yaranan problemlə əlaqədar Masallı rayon Mərkəzi Xəstəxanasına üz tutub və orada müayinə olunduqdan sonra, Bakıya - Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına MRT müayinəsi üçün göndərilib . Orada isə xəstədən pul almaq məqsədilə , müayinəsini gecikdiriblər.
Sonda Murad Hüseynov BTV- vasitəsilə səhiyyyə naziri Oqtay Şirəliyevə səslənib.
Biz şikayətçinin iddialarına əsaslanaraq , MRT şöbəsinin rəhbəri Fəridə Orucova ilə əlaqə saxlamağa çalışdıq. Lakin 2 gün davam edən çoxsaylı zənglərimizə baxmayaraq, Fəridə xanımla əlaqə saxlayıb , məsələyə aydınlıq gətirə bilmədik .
BTV olaraq , məsələdə adı hallanan MRT şöbəsinin və xəstəxananın digər səlahiyyətli nümayəndələrinin münasibətini işıqlandırmağa hazırıq.
BOLGEXEBER.COM