BolgeXeber.Com » BÖLGƏ TV » Təyyarədə ölən “Axmaq milyonçu” - Kamal Sunal (Şaban)-Video

Təyyarədə ölən “Axmaq milyonçu” - Kamal Sunal (Şaban)-Video

3-07-2015, 21:14
Oxunub: 5 637 Təyyarədə ölən “Axmaq milyonçu” -  Kamal Sunal (Şaban)-VideoBu gün türk kinosunun sevilən aktyoru Kamal Sunalın vəfatından 15 il ötür

55 yaşında infarktdan vəfat edən aktyor mavi ekrana və tamaşaçısına vida etməsinin 15-ci ilində ailəsi tərəfindən anılacaq. “Hababam sinifi”, “Tosun Paşa”, “Axmaq milyoner”, “Ortadirək Şaban”, “Şabanoğlu Şaban”, “Səfeh Şaban” və s. məşhur türk filmlərində komik rolları canlandıran Kamal Sunal əksər komediya aktyorları kimi həyatda ciddi bir xarakterə malik olub. Onun ölümü təkcə Türkiyə xalqı üçün deyil, eləcə də, Azərbaycandakı sevənləri üçün də ağır xəbər oldu. Kamal Sunal türk xalqlarının ötən əsrdəki son itkisi idi. Daim təbəssümlə xatırlanan Kamal Sunal yeri əsla doldurulmayacaq biridir. Filmlərinin ilk nümayişlərindən illər sonra belə uşaqdan-böyüyə hər kəsin onu böyük maraqla izləməsi aktyorun nə qədər çox sevildiyi və xatırlandığını göstərir. Onun filmlərdə ötürdüyü ictimai, sosial və siyasi mesajlar o dövrkü Türkiyənin mənzərəsini hər eskizinə qədər əks etdirirdi. Kamal Sunal yaxşı aktyor olmaqla yanaşı, həm də yaxşı insan – elə türklərin özləri demiş, “adam kimi adam” olub. O, bir neçə filmdə tərəf-müqabili olduğu məşhur aktyor Münir Özkul 70-ci illərdə içkiyə qurşandığından heç kim onlara sahib çıxmadığı halda Kamal Sunal onu himayə etmiş, ev almışdı. Bu dünya evində daimi olmasa da, tamaşaçılarının ürəyində daima yeri olan Kamal Sunalı hörmətlə anırıq.
BOLGEXEBER.COM axar.az-a istinadən Kamal Sunalın da rol aldığı “Hababam sinifi” filmindən ən maraqlı səhnələri təqdim edir: