Rus porno ulduzu İstanbulda yaxalandı- İş başında olarkən
7-07-2015, 15:23
Oxunub: 4 989
Müştəri kimi hərəkətə keçən 3 polis, bir saytdakı telefonu axtarıb porno ulduzu F. D. ilə 2 qadın tələbində olub
Mərkəzi Rusiyada olan beynəlxalq bir şəbəkənin Türkiyədə VIP eskortluk xidməti verən qızları satışa çıxardığı xəbərini alan polis əməliyyat keçirərək, 6 xarici vətəndaşı nəzarətə götürüb. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, türk müştərilərlə 5 ulduzlu otellərdə görüşən eskortlar arasında Rusiyadan olan bir porno ulduz da var.
İstanbul polisi eskort qız elanlarının yer aldığı 2 ayrı internet saytını nəzarət altına alıb. Moskvadan daxil olan müraciəti təmin edən iki internet saytının yenə Moskvada fəaliyyətdə olan qadın tacirlərinə aid olduğu müəyyənləşib. Saytlarda Rusiya, Ukrayna, Moldova kimi ölkələrdən qadınların satışa çıxarıldığı bildirilir. İnternet saytlarının Türkiyədə də VIP müştərilərə xidmət göstərdiyi təsbit edilib.
5 ulduzlu otellərdə müştəriləri ilə görüşən qadınlar arasında polisin diqqətini çəkən adlardan biri, rus porno ulduzu F.D. olub. 25 yaşındakı F.D.nın Türkiyəyə gəldiyində Ankara və İstanbulda, Avropaya getdiyində də Paris və Romada müştəriləri ilə görüşdüyü yazılan internet saytında porno ulduzunun Ankarada çəkilən bir video görüntüsü də yayılıb. 30 dəqiqə üçün 400 türk lirəsi, 1 saat üçün 600 lirə, 2 saat üçün min lirə istəyən F.D.ın yanında “Lara” adlı ukraynalı gənc qadın da polisin diqqətini çəkən bir başqa ad olub.
Müştəri kimi hərəkətə keçən 3 polis, bir saytdakı telefonu axtarıb porno ulduzu F. D. ilə 2 qadın tələbində olub. Telefonda türkcə danışan adam F.D.nın film çəkilişləri olduğunu, İstanbula 2 həftə sonra gələ biləcəyini ifadə edərək, fotoşəkilləri yerləşdirilən 3 ayrı qadının adını verib. Bundan sonra qadınlara 5 ulduzlu bir oteldə görüş verilib. Hər bir qadın 24 saat qarşılığında 1300 avro istəyib. 3 polis də ikinci saytı yenə müştəri kimi axtararaq 3 qadın üçün bazarlıq edib.
Qadınlar otelə gəldiyində isə polis əməliyyat üçün hərəkətə keçib. 6 xarici vətəndaş olan qadın nəzarətə alınaraq Asayiş Şöbə Müdirliyinə aparılıb. Eskort qızlar ifadələrində, internet saytındakı telefon nömrələrinin Moskvada olan kəslər tərəfindən cavablandırıldığını və özlərini bu kəslərin istiqamətləndirdiyini izah ediblər. Qadınlar “tacirlər”i heç görmədiklərini, öz paylarını alıb, pulu xaricdəki bir hesaba göndərdiklərini söyləyiblər. Keçirilən əməliyyatların ardından qadınlar ölkədən çıxarılarkən, polis beynəlxalq eskort şəbəkəsinin Türkiyə əlaqələrini deşifrə etmək üçün işlərini davam etdirir.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər