Kərəm Həsənov məhkəmə qarşısında
2-02-2012, 16:15
Oxunub: 4 547
Qərargahla bağlı şikayətə Sumqayıt İnzibati İqtisad Məhkəməsində baxılacaq
Dünən 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsində Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının qərargahının qapadılması ilə bağlı Əmlak Məsələləri Dövlət Məsələləri Komitəsinə (sədri Kərəm Həsənovdur) qarşı qaldırılan iddiaya baxılıb. Bu barədə redaksiyamıza Müsavat Partiyası Sumqayıt təşkilatının sədri Fəxrəddin Abbas məlumat verdi.
Hazırlıq iclası hakim Fərmayıl Zeynallının sədrliyi ilə keçirilib. Hakim iddiaya mübahisə predmeti olan obyektin Sumqayıtda yerləşməsini əsas gətirərək işi aidiyyəti üzrə Sumqayıt İnzibati İqtisad Məhkəməsində baxılmasına dair qərardad çıxarıb.
Xatırladaq ki, ötən il mayın 25-də İctimai Palatanın Sumqayıt şəhər təşkilatının təsisinə imkan verilməyib. Müsavat Partiyası, AXCP və KXCP-nin Sumqayıt şəhər təşkilatlarının sədrləri F.Abbas, Mahir Qulubəyli və Şakir Məmmədov həbs edilib. Polis Sumqayıt Şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə qərargaha daxil olaraq konfrans iştirakçılarını zorla bayıra çıxarıb. Qərargahın qıfılı dəyişdirilib, qapısına isə möhür vurulub. F.Abbas bildirdi ki, təşkilata məxsus sənədlər və əmlak üzərinə 9 aydır həbs qoyulub.
Qeyd edək ki, Sumqayıtın icra başçısı Eldar Əzizov Gəncədə icra başçısı olanda Müsavat Partiyasının Gəncədəki qərargahını da qapatmışdı.
Çox Oxunanlar
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes
- 4-05-2024, 17:28 : XİN rəsmi məlumat yaydı
Siyasət / Xəbərlər
- 18-04-2024, 17:24 : Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA
Şou-Biznes