BolgeXeber.Com » BÖLGƏ TV » “DəmirBank” gənclərə pulsuz plastik kart verir

“DəmirBank” gənclərə pulsuz plastik kart verir

3-02-2012, 06:30
Oxunub: 5 772 Bank 2 fevral – Gənclər Günü münasibəti ilə yeni kampaniyaya başlayıb

“DəmirBank” 2 fevral – Gənclər Günü münasibəti ilə “Gənclərə pulsuz plastik kart” kampaniyası təqdim edib. Bankın mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, kampaniya çərçivəsində 18 – 35 yaş arasında olan şəxslər bu ilin fevral ayı ərzində “DəmirBank”dan “VISA Classic” və “MasterCard Standard” plastik kartlarını illik xidmət haqqı olmadan pulsuz əldə edə bilərlər, eləcə də müştəri istəyindən asılı olaraq fərdi dizaynla pulsuz kart sifariş edə bilər.

Kampaniya çərçivəsində pulsuz kart əldə etmək üçün kart hesabına cəmi 50 AZN (və ya digər valyutalarda ekvivalent məbləğdə) mədaxil edilməlidir və bu məbləği kart sahibi istədiyi vaxt istifadə edə bilər.

Xatırladaq ki, “DəmirBank” kart sahiblərinə Card-to-Card köçürmələri, SMS-Bank, İnternet-Bank və Telefon-Bank xidmətləri, kartla https://billpay.demirbank.az səhifəsində ödənişlər (kommunal, mobil və stasionar rabitə, internet, kabel TV xidmətləri, yol hərəkətinin puzulması üzrə cərimələr), kart sahiblərinə endirimlər və sair imkanlar təqdim edir.