BolgeXeber.Com » Siyasət » Qalib Ağayev: “Hansı ölkədə fəaliyyət göstərməsinə baxmayaraq, milli diasporumuz hər zaman Azərbaycanla körpü rolunda çıxış etməlidir”

Qalib Ağayev: “Hansı ölkədə fəaliyyət göstərməsinə baxmayaraq, milli diasporumuz hər zaman Azərbaycanla körpü rolunda çıxış etməlidir”

10-07-2015, 19:47
Oxunub: 6 624 Qalib Ağayev: “Hansı ölkədə fəaliyyət göstərməsinə baxmayaraq, milli diasporumuz hər zaman Azərbaycanla körpü rolunda çıxış etməlidir”“Abbas Abbasov diaspor tarixində ilk dəfə olaraq azərbaycanlılara qarşı güc tətbiq etdi”

“Dünyanın hər yerində güclü diasporumuzu yaratsaq, Azərbaycan dövlətinin daha güclü olmasına xidmət edə bilərik”

Bu gün diaspor işi ilə məşğul olmaq ən problemli sahələrdən biridir. Hansı ki, bu yöndə ilk növbədə dövlətlə diaspor təşkilatlarının səmərəli əməkdaşlığının əsası qoyulmalıdır. Bunun üçün isə milli diasporumuzu təmsil edənlərin fikirlərini öyrənmək, onların təkliflərini dinləmək vacib şərtlərdəndir. Odur ki, bu yöndə hazırda Rusiyada fəaliyyət göstərən “AzərRos” təşkilatının aparıcı simalarından biri olan Qalib Ağayevlə söhbətləşdik.

– Qalib bəy, səhv etmirəmsə, siz “Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti” (RAMMM) qurumunun təsis edilməsində yaxından iştirak etmisiniz. Bu qurumun vitse-prezidenti səviyyəsində bir çox tədbirlər həyata keçirmisiniz. İndi durum nə yerdədir?

- Əvvəla onu deyim ki, mən Rusiyaya 2002-ci ilin sonunda gəldiyim üçün Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti təşkilatının təsis edilməsində iştirak edə bilməzdim. AzərRos (RAMMM) 1999-cu ildə təsis olunub, ancaq bizim bu təşkilatın böyüməsi və inkişafında xüsusi rolumuz olub. Rusiyanin regionları arasında əlaqələr genişlənib, birgə tədbirlər həyata keçirilib, yeni təşkilatlar yaradılıb. Bütün Azərbaycan təşkilatlarının birlikdə fəaliyəti üçün konkret fəaliyyət konsepsiyası hazırlanıb. Artıq çox tacrübəli, diaspor işi ilə professional səviyyədə məşğul olan və problemləri dərindən bilən mütəxəsislərimiz yetişib. Zamanın tələbiylə dövlətlə diaspor arasında dialoqa çox böyük ehtiyc var. Bu dialoqun formatı beş ildə bir dəfə keçirilən Dünya Azərbaycanlıları Qurultayından tamamilə fərqli olmalıdır. Bu dialoq-görüş mövcud problemlərin aradan qaldırılması, diasporun inkişafı, dövlət- diaspor əlaqələrinin faydalı əməkdaşlığa çevrilməsi yolunda real addımlar olmalıdır. Biz gələcəkdə baş verə biləcək bu görüşün programının hazırlanmasında iştirak etməyə hazırıq.

- Hazırda vəziyyət nə yerdədir?

- Bu gün əsl gerçəklik belədir: 2013-cü il yanvarın 25-də АzerRosa rəhbərliyinə (Аbbas Аbbasovun dediyinə görə) diaspor işini yüksək səviyyəyə gətirmək, Аzərbaycanı Rusiyada lazımi səviyyədə təmsil etmək üçün bir dövlət qurumlarında yüksək vəzifələrdə çalışmış, təcrübəli mütəxəssis kimi Abbas Abbasov gəlmişdir. Hamımız böyük ümidlər bəsləyirdik ki, belə tanınmış (həm Rusiya, həm də Azərbaycan məmurları arasında) məmurun Rusiyadakı təşkilatların birləşməsində, diasporumuzun irəli getməsində, imicinin yüksəldilməsində xüsusi rolu olacaq. İnanırdıq ki, azərbaycanlı iş adamları ilə əlaqələri sayəsində birlikdə müəyyən layihələrin həyata keçirilməsinə, diaspordakı problemlərin həllinə dəstək olcaq. Çox əfsuslar olsun ki, Abbasov rəhbərliyə gələn kimi təşkilatı öz şəxsi şirkətinə çevirməyə cəhd göstərdi. Nəticədə, АzerRos ictimai təşkilat funksiyasını itirməyə və siyasi proseslərə qarışmağa başladı. Abbas Abbasov təşkilatda yalnız özünə sədaqətli adamları topladı. Azərbaycan və Rusiya arasında normal münasibətlərin inkişafı ideyasını müdafiə edən soydaşlarımız haqqında danoslar, müxtəlif şaiələr və informasiyalar gündəmə gətirildi. Öz fikri olan təşkilat rəhbərlərinə, diasporun fəallarına qarşı böhtan atmaq, onları qorxutmaq, güc tətbiq etmək, əlindəki köhnə imkanlardan, yəni Rusiyanın güc strukturlarından istifadə edərək təsirlər etməyə başladı. Təcrübəli mütəxəssislərə, diaspor işində uğurlar qazanmış insanlara qarşı təqiblər də artdı. 2015-ci il yanvarın 17-də, aprelin 14-də AzerRosun (qurultaylararası ali qanunverici orqan-Federal Şuranın qərarı və regional təşkilatların böyük çoxluğunun iştirakına baxmayaraq) növbədənkənar qurultayının keçirilməsində Rusiyanın güc strukturlarından istifadə edərək maneələr yaratdı. Diaspor tarixində ilk dəfə olaraq azərbaycanlılara qarşı güc tətbiq olunmasını (Rusiya xüsusi xidmət orqanlarındakı əlaqələrindən istifadə edərək) Azərbaycanın dövlət strukturlarında baş nazirin birinci müavini vəzifəsində çalışmış Abbas Abbasov sınaqdan keçirdi. 20 fevral 2015-ci ildə onun təkidi ilə keçirilən qurultaya isə özünə sərf edənlər buraxılmaqla, çox az bir qurumun (4-5 regional təşkilatın) iştirakı ilə abbasovsayağı qurultay keçirildi. Və yalançı qurultayın qərarının səlahiyyətli olması və ədliyyə orqanlarının tanınmasını təşkil etdi. Beləliklə AzerRos təşkilatı iki yerə bölündü. 4-5 regional təşkilatla birlikdə olan kəsimin möhürü və sənədi var. Ancaq əksər təşkilatları birləşdirən tərəf möhür və sənədlərin qaytarılması üçün mübarizə edir. Rusiyanın səlahiyyətli orqanları ilə yazışmalar aparır.Qalib Ağayev: “Hansı ölkədə fəaliyyət göstərməsinə baxmayaraq, milli diasporumuz hər zaman Azərbaycanla körpü rolunda çıxış etməlidir”

– Belə bir təzadlı durumu yaşayan milli diasporumuzun bundan sonrakı hədəfləri necə olacaq?


- Öncə istəyirik ki, bizi öz adımızla çağırsınlar. Bizim təşkilatın adı “Moskva Vilayəti Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti”dir. Təşkilatımız dünyadakı diaspor təşkilatları arasında yerli (yəni şəhər və rayon) təşkilatların sayına görə fərqlənir. 17 rayon və şəhər təşkilatları tərəfimizdən qeydiyyata alınıb. Beləcə bir-birimizə yardımçı olmaq, qarşılıqlı öyrənmək şəraiti yaranıb. Nəinki Moskva vilayətində, eyni zamanda Moskva, Sankt-Peterburq, Tomsk, Tümen, Samara, Novosibirsk, Nijni- Saratov, Novqorod, İjevsk, Rostov na-Don şəhərlərində, Udmurtiya və Kalmıkiya respublikalarında yerli diaspor təşkilatları ilə birlikdə tədbirlər həyata keçirmiş, MVAMMM-nin adı altında Azərbaycan və Türkiyədə layihələr reallaşdırmışıq. İndi MVAMMM özü ÜmumRusiya, beynəlxalq təşkilatı kimi çalışır və fəaliyyət göstərir. İndi hər bir millətin öz varlığını qoruyub saxlaması, mədəniyyətini yaşatması bir şərtdir. Yoxsa, həmin millət tamamilə tarixin simasından yox olub gedə bilər. Biz çox yaxşı dərk edirik ki, Rusiyada yaşayan azərbaycanlılar məşhur türkoloq alim Lev Qumilyevin də qeyd etdiyi kimi nəhəng Avrasiya məkanının bir parçasıdır. Slavyan və Türk xalqlarının bu yöndə tarixi məsuliyyəti daha böyükdür. Bizlər Avrasiya məkanında min illərdir mövcud olan dəyərləri qoruya biləcək aparıcı güc sayılırıq. Buna görə də, Rusiya, Ukrayna, Belorus və eyni zamanda Qafqaz-Orta Asiya məkanında Slavyan və Türk xalqlarının kulturoloji baxımdan dualizm şərtləri daxilində birgəyaşayış düzəninə önəm verilməlidir. Bu böyük dəyərə sahib çıxmaq azdır. Onu şaxələndirmək, inkişaf etdirmək, müasir standartlara uyğunlaşdırmaq çox vacibdir. RAMMM təşkilatı məhz bu məqsədlə yarandı. Kimsəyə sirr deyil ki, Sovetlər Birliyi dağıldıqdan sonra, keçmiş müttəfiq ölkələrdə sosial-iqtisadi həyat şəraiti olduqca ağır idi. İnsanlar belə dözülməz şəraitdə yaşamağa öyrənməmişdilər. Ona görə də qazanc əldə etmək, ailəsini yaşatmaq üçün çox böyük iqtisadi imkanlara malik olan Rusiyaya üz tutdular. O zamandan indiyə kimi demək olar ki, böyük bir nəsil burada formalaşıb. Onların çoxu hər zaman olduğu kimi, bu gün də doğma Azərbaycanla sıx bağlıdırlar. Biz milli diaspor adına uzun yol qət etdik. Bu nəhəng ölkənin ucsuz-bucaqsız bölgələrində soydaşlarımızı tapmaq, onları vahid təşkilatda toplamaqla ağır və üzücü problemləri yaşadıq. İndi bu barədə danışmaq çoxlarına asan görünür. Çox şükürlər olsun ki, bizlər çətinliklə də olsa bütün bunları dəf edə bilmişik. İndi qarşımızda duran əsas məsələ isə Rusiyada yaşayan soydaşlarımızın hansısa siyasi güclərin alətinə çevrilməməsidir. Biz çalışırıq ki, hər bir diaspor yaşadığı ölkə ilə vətənimiz arasında körpü rolunu oynasın. Biz dövlətlərarası münasibətlərdə oyuncaq rolunda olmamalıyıq. Prolemlərin həlli üçün birgə çözümlər üzərində addım atmaq ən doğru yoldur.
– Bəs son illər bu sahədə çoxsaylı problemlərin meydana çıxmasına səbəb nə idi?
(Ardı var)
Söhbətləşdi Ə. Yusifoğlu
“Hürriyyət”