BolgeXeber.Com » Bölgə » Baş həkim təbliğatçı rolunda

Baş həkim təbliğatçı rolunda

18-10-2010, 02:05
Oxunub: 6 873 Hacıqabul xəstəxanasının rəhbəri Fərhad Səfərov Rəfiqə Həmzəyevanın katibliyini belə edir

Parlament seçkilərində seçki təbliğatına start verildikdən sonra bəzi dairələrdə qəribə mənzərələr yaranıb. Hətta iş o yerə çatıb ki, bəzi dairələrdə namizədlərə baş həkimlər və ayrı-ayrı dövlət məmurları təbliğatçı kimi çıxış edirlər. Bolgexeber.com saytına verilən məlumatda deyilir ki, belə vəziyyət 58 saylı Şirvan-Hacıqabul seçki dairəsində yaşanır.

Məlumatda deyilir ki, Hacıqabul Mərkəzi Xəstəxanasının rəhbəri Fərhad Səfərov sözün həqiqi mənasında bütün işlərini bir kənara ataraq, YAP-ın bu dairədən olan namizədi Rəfiqə Həmzəyevanın təbliğatçısı kimi çıxış edir. Həmzəyeva həmin xəstəxananın Doğuş Şöbəsinin rəhbəri olduğu zamanlarda da yaxşı münasibətləri olan tərəflərlərin bir-birinə yardım etməsi normal haldır. Lakin baş həkimin YAP-ın namizədinin telefonlarına belə cavab verməsi qətiyyən başadüşülən deyil.

Bolgexeber.com saytına çatan məlumatlarda o da deyilir ki, cərrah olan baş həkim seçkiləri əsas gətirərək bütün işləri bir kənara buraxıb. Hətta bütün həkimləri də seçki təbliğatına cəlb edərək, onları ayrı-ayrı məntəqələrə göndərir. Nəticədə, Hacıqabul xəstəxanasında günün günorta çağı həkim tapmaq məsələsi sözün həqiqi mənasında problemə çevrilir.