BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda maşın qaçırılaraq başqasına satılıb

Bakıda maşın qaçırılaraq başqasına satılıb

6-02-2012, 15:10
Oxunub: 4 607 Ötən il qaçırılmış maşın saz vəziyyətdə tapılıb.

Bakı Şəhər Baş Polis İdarəsindən Bolgexeber.com-a verilən məlumata görə, 2011-ci il noyabrın 12-də Moskva prospektində Bakı şəhər sakini Əfrayıl Abbasova məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb.

Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıran Kürdəmir rayon sakini Ramal Əliyev tutulub. Müəyyən edilib ki, o, avtomobili Bakı şəhər sakini Vüsal Hacıyevə satıb. Avtomobil fevralın 4-də V.Hacıyevin yaşadığı 8-ci kilometr qəsəbəsi yeni yaşayış sahəsində saz vəziyyətdə aşkar edilib.