BolgeXeber.Com » Dünya » Türkiyədə dəhşətli partlayış nəticəsində 28 nəfər ölüb, 100-dən artıq yaralı var- VİDEO (18+)

Türkiyədə dəhşətli partlayış nəticəsində 28 nəfər ölüb, 100-dən artıq yaralı var- VİDEO (18+)

20-07-2015, 18:15
Oxunub: 3 621 Türkiyədə dəhşətli partlayış nəticəsində  28 nəfər ölüb, 100-dən artıq yaralı var- VİDEO (18+)Partlayışı terrorçu-kamikadzenin törətdiyi ehtimal olunur

Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilən partlayışla bağlı müxtəlif məlumatlar yayılmaqda davam edir.

Bolgexeber.com-un Türkiyə mətbuatına istinadən xəbərinə görə, terror aktını 18 yaşlı qızın törətdiyi ehtimal olunur. İlkin məlumata görə, İŞİD üzvü olan 18 yaşlı terrorçu-kamikadze qəsəbədəki Amara Mədəniyyət Mərkəzində keçirilən mətbuat konfransının iştirakçısı kimi içəri daxil olub və orada partlayış törədib. Onun meyitinin də hadisə yerində olduğu bildirilir.

Hadisənin terrorçu-kamikadze tərəfindən törədildiyi rəsmən təsdiqlənib.

Partlayış nəticəsində 28 nəfərin öldüyü, 100-dən çox insanın yaralandığı bildirilir.

Türkiyə Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, ölənlərin sayının artacağı ehtimal edilir. Belə ki, xəstəxanalara çatdırılan yaralıların əksəriyyəti ağır vəziyyətdədir.

Partlayış kameralara saniyə-saniyə düşüb. Həmin dəhşətli görüntüləri təqdim edirik:
Bolgexeber.com