BolgeXeber.Com » Şou-Biznes » Populyar azərbaycanlı teleaparıcı türkiyəli hərbçiyə ərə getdi - FOTO

Populyar azərbaycanlı teleaparıcı türkiyəli hərbçiyə ərə getdi - FOTO

6-02-2012, 17:50
Oxunub: 6 012 Ötən həftənin sonlarında Bakı restoranlarından birində populyar teleaparıcı Esmira Çərkəzqızının toyu olub.


Bolgexeber.com xəbər verir ki, o, Türkiyə vətəndaşı, hərbçi Tayyar Sayğılı ilə ailə qurub.

«Uzun illərdir ailəvi dostluq edirdik. Tayyar mənə ürəyini açdıqda anladım ki, bir-birimiz üçün yaranmışıq. Çox xoşbəxtəm və hər kəsə bu hissləri yaşamağı arzulayıram», - deyə E.Çərkəzqızı bildirib.

Toyda məşhur ifaçılar Flora Kərimova, Canəli Əkbərov, Şamo İsayev, Rəşad İlyasov, Gülyaz Məmmədova, Eyyub Yaqubov, Yaqub Zurufçu, Gülay Qədirova və digərləri iştirak ediblər.

Cütlüyün ilk toyu noyabrın 15-də İstanbulda olmuşdu.