Bakıda ömrünün 25 ilini həbsdə keçirən şəxs yenidən tutuldu
6-02-2012, 17:50
Oxunub: 4 916
Ömrünün 25 ilini məhkumluqda keçirən şəxs yenidən cinayət törədib
Bakı Şəhər Baş Polis İdarəsindən Bolgexeber.com-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları axtarışda olan Yaşar Əliyevi tutub. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub.
Binəqədi rayon Polis İdarəsindən bildirildi ki, Y.Əliyev zərərçəkmiş şəxsin “Kamaz” markalı yük maşınını mənimsəyib. O, maşını sahibindən sürmək üçün alıb. Sonra fırıldaq yolu ilə maşının bütün sənədlərini tapıb və başqa adama satmaqla ona külli miqdarda ziyan vurub.
Onu da əlavə edək ki. Y.Əliyev dələduzluq etməkdə artıq mahir şəxsdir. Həbsdən az əvvəl azadlığa buraxılan Y.Əliyev, ilk dəfə 10 il, sonra isə 15 il olmaqla, ümumilikdə 25 il məhkumluq həyatı yaşayıb.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə