BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda toy mərasimi yasa döndü

Bakıda toy mərasimi yasa döndü

6-02-2012, 18:05
Oxunub: 4 934 Fevralın 5-də Bakıda keçirilən toy mərasimlərindən birində xoşagəlməz hadisə baş verib.

Binəqədi rayon, 6-cı mikrorayonda yerləşən şadlıq evlərindən birində keçirilən toy mərasiminə dəvət olunan 1972-ci il təvəllüdlü Mirsultanova Nigar Müslüm qızının halı qəfildən pisləşib. Qadın ürəyindən şikayətlənib və ona yaxınları ürək dərmanı veriblər. 40 yaşlı N.Mirsultanovanın halını daha da pisləşdiyini görən şənlik iştirakçıları təcili tibbi yardım çağırıb. Lakin artıq gec olub. 40 yaşlı qadın şadlıq sarayında ölüb.

Qeyd edək ki, hadisə hüquq-mühafizə orqanlarında qadının dərmandan zəhərlənərək ölməsi kimi qeydiyyata alınıb.