BolgeXeber.Com » Dünya » Gömrük komitəsinin sədri korrupsiya ittihamıyla həbs edildi

Gömrük komitəsinin sədri korrupsiya ittihamıyla həbs edildi

6-02-2012, 22:30
Oxunub: 4 284 Qazaxıstan gömrük komitəsinin keçmiş rəhbəri Serik Baimaganbetov korrupsiya ittihamları ilə həbs edilib.

Fevralın 6-da Maliyyə polisi élan edib ki, keçmiş gömrük rəisini vəzifəsindən sui-istifadədə və külli miqdarda rüşvət almaqda ittiham edirlər.

Baimanganbetov 2011-ci ilin mayından ötən həftəyə qədər Gömrük Komitəsinin rəhbəri olub. Daha əvvəlsə Qazaxıstanın Daxili İşlər naziri vəzifəsini tutub.

Fevralın 6-da Qazaxıstandakı Zhanozen şəhərinin icra başçısı Orak Sarbopeyev məminsəmədə ittiham olunaraq həbs edilib. Ötən ilin dekabrında burada yaşayış şəratinin yaxşılaşdırılması tələbiylə etiraz aksiya keçirən neftçilərlə polis arasında toqquşma olmuşdu. Toqquşmalarda 16 nəfər etirazçı öldürülmüşdü.

Zhanaozen şəhərinin keçmiş icra başçısı da bu ayın başında eyni ittihamlarla həbs edilmişdi./azadliq.org/