BolgeXeber.Com » BÖLGƏ TV » Kitabxana rəhbərlərinə xəbərdarlıq edilib

Kitabxana rəhbərlərinə xəbərdarlıq edilib

7-02-2012, 11:50
Oxunub: 4 919 Mədəniyyət və Turizm Nazirliyi kitabxana rəhbərlərinə işə yalnız bu sahə üzrə bilikləri və təhsili olan olan mütəxəssisləri qəbul etməyi tapşırıb.

Bolgexeber.com nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, şəhər, rayon kitabxanalarına, onların filiallarına ali və orta ixtisas təhsilli, kompüter və informasiya texnologiyaları üzrə bilikləri mənimsəmiş mütəxəssislər işə qəbul olunmalıdır.

Nazirliyin bu tapşırığının məqsədi “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı və Nazirlər Kabinetinin 162 nömrəli, 11 oktyabr 2011-ci il tarixli “Şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin, müstəqil kitabxanaların, şəhər, qəsəbə və kənd kitabxana filiallarının, habelə şəhər, qəsəbə kütləvi, uşaq və gənclər kitabxanalarının nümunəvi strukturu və ştatları haqqında” qərarının icrasını təmin etməkdir.