BolgeXeber.Com » Sosial » "Azərboru" 3 aydır fəhlələrin əmək haqqını vermir - ŞİKAYƏT

"Azərboru" 3 aydır fəhlələrin əmək haqqını vermir - ŞİKAYƏT

24-07-2015, 12:14
Oxunub: 3 955 "Azərboru" 3 aydır fəhlələrin əmək haqqını vermir - ŞİKAYƏT"Müqəddəs Ramazan bayramında ailələrimiz ac qaldı”


Sumqayıtda yerləşən Azerboru ASC zavodundakı fəhlələr acınacaqlı vəziyyətdədilər. Onların Vətəninfo.az-ın elektron ünvanına göndərdikləri məktubda qeyd edilir ki, zavodun fəhlələri çox pis, çıxilmaz vəziyyətdə qalmaqdadırlar: "Ümudumuz sizədir. Müqəddəs Ramazan bayramında ailələrimiz ac qaldı. 3 aydır maaşlar verilmir, banklara olan kredit borcumuzu vaxtında ödəyə bilmədiyimizə görə bank tərəfdən narahat olunub əlavə gecikmə faizidə alırıq. Zavod rəhbərliyi zavodun inkşafı üçün ayrılmış pulları aidiyyatı üzrə xərcləməyib. Bütün işçilər hər bir aydan bir 67%-nən evə buraxılır. Aldığımız pul 120-167manat civarındadı. Çox vaxt pulu yarı-yarı verirlər. Onda da bilmirik bankı ödəyək yoxsa, ailəmizə çörək alaq”. Məktubda vurğulanır ki, əvvəllər zavodu zəbt edən idarə heyyəti yemək verirmiş: "Artıq 3aydır yemək verilmir. Zavodda ümumi işçilərdən 5% işçi saxlanılır işdə hal-hazırda, o da BAKU STEEL COMPANY şirkətinin zakazların yerinə yetirmək üçün. Zavod
rəhbərliyinin üzvü Oqtay adlı şəxs insanlar şikayət üçün bir yerə yığılanda deyir ki,” KIMƏ SƏRF ELƏMİR İŞLƏMƏSİN. Aydındır ki, burda məqsəd
insanları bezdirib, oları iş yerlərinin tərk etməyə sövq etməkdir. Lakin bu məqsəd özü hansı böyük başqa məqsədi güdür anlamırıq. Artıq bir qism insanlar işdən çıxıblar. Biz işləyə biliriksə biz niyə işdən çıxmalıyıq? Zavodu işlədə bilməyənlər işdən çıxsınlar.Sizdən artıq dərəcədə xahiş edirik bu məsələni öz saytınızda işıqlandırın”.

P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com