BolgeXeber.Com » Sosial » Bakıda orta məktəbdə cinayət hadisəsi

Bakıda orta məktəbdə cinayət hadisəsi

7-02-2012, 13:10
Oxunub: 4 571 4-cü sinif şagirdinin çantasından 220 manat oğurlanıb

Bakıda orta məktəblərdən birində oğurluq hadisəsi baş verib. Nizami rayon Polis İdarəsindən Bolgexeber.com-a verilən məlumata görə, 201 saylı orta məktəbdə ibtidai sinif şagirdinin çantasından naməlum şəkildə xeyli pul oğurlanıb. Məlumata görə, məktəbin 4C sinif şagirdi Şükürova Sevinc Cavid qızı dərs otağındakı çantasından 220 manat pulunun oğurlanması barədə müəllimə məlumat verib. Daha sonra polisə məlumat çatdırılıb.

Hazırda məsələ ilə əlaqədar araşdırma aparılır.